"Bəşəri dövlətə çevrildiyimiz zamanda belə xəyanətlər qəbuledilməzdir" - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

"Bəşəri dövlətə çevrildiyimiz zamanda belə xəyanətlər qəbuledilməzdir" - ŞƏRH

“Cənab Prezident İlham Əliyev həmişə öz səmimiyyəti ilə, sadəliyi ilə seçilib. Bəzi məmurlar bu sadəlikdən, səmimilikdən istifadə etmək istəyirlər. Ölkə başçısı bildirdi ki, aztəminatlı ailələrin, kasıb və ehtiyac içində olan insanların əməkhaqqına, eyni zamanda onların yardımına göz dikmək artıq cinayət deyil, bu çox böyük bir xəyanətdir. Bu eyni zamanda ölkə başçısına qarşı xəyanətdir”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatı Forumunun prezidenti Rauf Zeyni bildirib. Onun sözlərinə görə, Perezident İlham Əliyevin ətrafında olan islahatçı komanda ilə yanaşı bu islahatları nəinki dəstəkləməyənlər, hətta onu əngəlləyənlər də var.

"Cənab Prezident o şəxslərə çox gözəl mesaj verdi ki, yəni biz heç bir keçmiş xidmətlərinə görə kimisə nəzərə almayacağıq. Biz yalnız bugünkü əməlinə görə qiymət verəcəyik. Ölkə başçısı dedi ki, bu qədər də xəyanətmi olar? İnsan bu çətin vəziyyətdə, ağır vəziyyətdə hər hansısa bir məmur vətəndaşların əməkhaqqına, son qəpiyinə göz dikə bilərmi? Mən bildirmək istəyirəm ki, bu çətin və gərgin dövrdə hansısa bir formada xalqın çətin vəziyyətindən istifadə edərək onun əməkhaqqına, yardımına göz dikmək sadəcə vicdanszılıq deyil, bu doğrudan da xalqa və ölkə başçısına qarşı böyük bir xəyanətdir və bu cür xəyanətləri bağışlamaq olmaz”.

Rauf Zeyni qeyd edib ki, bu gün ölkəmiz artıq region dövlətindən bəşəri dövlətə çevrilib və bizim bəşəri dövlətə çevrildiyimizi iddia etdiyimiz bir vaxtda bu cür xəyanətlər qəbuledilməzdir:

“Bu yolverilməzdir. Bu bizim dünya miqyasında nüfuzumuza zərbə vurmaq deməkdir. Bu həmçinin bizim milli-mənəvi dəyərlərimizə zərbə vurmaqdır. Biz dünyaya təqdim edirik ki, milli-mənəvi dəyərləri, tarixi keçmişi, çox böyük tarixi ənənələri olan, çox qədim mədəniyyətə malik bir xalqıq. Sonra da öz xalqımızın yardımına göz dikirik. Məsələn, Heydər Əliyev Fondu minlərlə insanlara yardım edir. O yardımlara göz dikirlər, bölüşdürürlər. Son dövrlər həbs olunan məmurlardan söhbət gedir. Eyni zamanda nə qədər özbaşınalıq baş alıb gedir ki, kilolarla evdən xarci valyutalar, müəyyən sərvətlər çıxır. Bunlar sözə sığmayan bir məsələlərdir. Çünki biz dünyaya, bəşəriyyətə öz mədəniyyətimizi, o cümlədən dövlətçilik ənənələrimizi, idarəetmə mədəniyyətimizi nümayiş etdiririk. Digər tərəfdən də bizə arxadan zərbə vururlar. Bu məmurların xəyanətindən başqa bir şey deyil. Bu gün özümüzü dünyaya yüksək səviyyədə təqdim etdiyimiz bir vaxtda, dünyaya öz mədəniyyətimizi, ləyaqətimizi və dövlətçiliyimizi təqdim etdiyimiz bir vaxtda bunların hamısı dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, o cümlədən inkişafımıza arxadan vurulan zərbədir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm