Nida Təhlil
"Paşinyanın Sovet ordusuna qarşı xüsusi kini var" - ŞƏRH
"Paşinyanın xislətində babalarının mülkiyyət və var-dövlət hərisliyi, türklərə qarşı nifrət, başqa torpaqlara meyl hökm sürür".
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq Nikol Paşinyanın eyni adı daşıyan babasının 1943-cü ildə Qaregin Njdenin legionunda Almaniya cəbhəsində vuruşması məlumatının tam həqiqəti əks etdirdiyini bildirib və təfərrüatları izah edib: "İkinci Dünya müharibəsi dövründə Sovet ordu sıralarında faşistlərin tərəfinə ən çox keçən və ya onlara təslim olanlar erməni mənşəli şəxslər olub. Sovet ordusuna çağırılanların 30%-ə qədəri ya əsir düşərək, ya da könüllü surətdə cəbhə xəttini keçərək, faşistlərə təslim olub. Ermənistanın paytaxtında şərəfinə böyük bir abidə qaldırılan Qaregin Njde o zamanlar faşistlərin tərəfinə keçən ermənilərin bir yerə toplanaraq, legioner birləşmələrinin yaradılması ilə məşğul idi. Bu barədə o, Hitlerlə görüşərək, mandat da alıb. Çox ciddi canfəşanlıqla legionerlər ordusunun təşkil edilməsi, silahlandırılması və cəbhəyə göndərilməsi ilə məşğul idi.
1943-cü ildə faşistlərin Ukrayna cəbhəsində ciddi problemlər yaşadığı vaxtlar Njdenin başçılığı ilə erməni legionerlərini Ukrayna cəbhəsinə göndərdilər. Njde həmin vaxt legionerlər qarşısında çıxış edərək, qeyd edir ki, "siz Almaniya uğrunda vuruşursunuz və elə zənn edin ki, bu müharibə Ermənistan uğrunda bir döyüşdür. Almaniyanın qələbəsi Ermənistanın qələbəsi olacaq". Bu cür təlqinlərlə o, erməniləri Sovet ordusuna qarşı vuruşmağa təhrik edib. Sözün əsl mənasında onlar faşistlərlə çiyin-çiyinə Sovet ordusuna qarşı vuruşub. Paşinyanın babasının legionerlər ordusunda döyüşməsi ilə bağlı təkzibedilməz faktlar var".
Q.Hüseynli qeyd edib ki, Nikol Paşinyanın əslində Sovet ordusuna qarşı xüsusi kini var: "Bir kənddən iki adamın eyni ad və soyadda olması mümkünsüzdür. Paşinyanların nəsillərində Sovet ordusuna qarşı kin-küdurət olub və onlar sosializmə qarşı barışmazlıq ideyasını daşıyıblar. Həmçinin, onların mənşəyində də mülkədarlıq, qolçomaqlıq elementləri mövcuddur. Yaşadıqları kənddə ən çox qoyun sürüsü və iribuynuzlu mal-qara onlara mənsub olub. Ancaq kollektivləşmə dövründə var-dövlətlərinin böyük bir hissəsi əllərindən alındığına görə həmişə Sovet İttifaqına qarşı barışmaz ruhda tərbiyə ediliblər".

Məhərrəm Əliyev
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var










.jpg)










.jpg)




.jpg)



.jpg)








