Nida Təhlil
Erməni elitası ata-babalarının tərcümeyi-halını gizlədir - Aydın Quliyev
"Paşinyan açıq şəkildə etiraf etsəydi, hardasa özünə bəraət qazanmaq şansına sahib ola bilərdi".
Bunu Publika.az-a açıqlamasında Paşinyanın eyni adı daşıyan babasının 1943-cü ildə Qaregin Njdenin legionunda Almaniya cəbhəsində vuruşması haqqında məlumata münasibət bildirən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O bildirib ki, Paşinyanın babasının faşist ordusunda xidmət etməsi ilə bağlı məlumatın üzə çıxması sübut edir ki, həqiqətən bu xalqın hərbi-siyasi elitasında faşizmə meyl var: "Müharibə illərində bədnam erməni rəsmilərinin faşistlərə qulluq etdiyi barədə məlumatlar mövcud idi. Digər tərəfdən maraqlı fakt ondan ibarətdir ki, Paşinyan bu məlumatı var gücü ilə təkzib etməyə çalışır. Onun öz ata-babasının tərcümeyi-halından imtina etmək cəhdi növbəti rüsvayçılıqdır.
Hər halda belə bir fakt bu dərəcədə sübut olunubsa, onu danmaq, təkzib etmək yox, qəbul etmək lazım idi. Amma bu gün Paşinyanın başqa bir yol tutaraq həmin hadisəni, faktı təkzib etməyə çalışması bir daha sübut edir ki, erməni siyasi, hərbi elitası həm faşizmə meyillidir, həm də ata-babalarının tərcümeyi-halını etiraf etməkdə cəsarətsizlik göstərir".
Məhərrəm Əliyev
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
