Nida Təhlil
“Ermənilərin aqressiyaya bağlılığı onların hakim siyasi fəlsəfəsidir” - Deputat
“Ermənistan siyasi həyatında aqressiyaya, faşizmə və insanlıq qanunlarına zidd olan hərəkətlərə bağlılıq var. Robert Koçaryan tarixdə qəddar, Azərbaycan ərazisində minlərlə soydaşımızın ölümünə səbəb olan bir şəxs, Ermənistanda hakimiyyəti güc yolu ilə ələ keçirən, 2008-ci ildə dinc nümayişçiləri güllələtdirən bir şəxs kimi yadda qalıb”.
Bunu Publika.az-a açıqlamasında deputat Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, Serj Sarkisyan xarici informasiya agentliklərinə müsahibəsində Xocalıda dinc əhalini qəsdən öldürdüklərini etiraf edib və onun hakimiyyəti dövründə faşist Qaregin Njdeyə heykəl qoyulub:
“Nikol Paşinyanın babasının SS dəstələrində qulluq etdiyi ortaya çıxdı. Eyni zamanda onun işğal etdiyi Azərbaycan ərazilərinin Ermənistan hesab edilməsi bildirildi. Bunlar hələ birinci şəxslərdir. Ermənistanda bu və ya digər formada nazirlər, siyasi xadimlər və deputatlar mütləq aqressiyaya, insan ölümünə və yaxud da ənənəyə bağlıdırlar. Bu, həm onların həyat tərzidir, həm də hakim siyasi fəlsəfəsidir. Ona görə də belə məlumatların ortaya çıxması qətiyyən təəccüblü deyil. Desələr ki, o, həmin dövrdə Ermənistanın azadlığı uğrunda mübarizə aparırdı yenə də təəccüblənmərəm”.
Millət vəkili əlavə edib ki, bu məsələlərə dünya ictimaiyyəti kəskin reaksiya verməlidir:
“Qaregin Njdeyə yalandan bir əfsanə düzəltməyə çalışırlar. Dünya görür ki, Azərbaycan necə bir ölkədir, necə bir cəmiyyətdir və qonşudur. Həmçinin görürlər ki, ölkəmiz hansı ölkə ilə öz torpaqlarının azadlığı uğrunda mübarizə aparır. Hesab edirəm ki, bu kimi faktlar dünyanın gözünü Ermənistana, Azərbaycana qarşı aqressiyasına, torpaq işğalına qarşı açmalıdır. Yaddan çıxarmayaq ki, Ermənistanın vicdanında Xocalı soyqırımı kimi tarixdə ən qəddar qətliamlardan biri durur. Ermənistan indiyə qədər buna görə Azərbaycandan üzr istəməyib və həmin cinayətin günahkarlarını cəzalandırmayıb. Hesab edirəm ki, bu kimi məsələlər dünya ictimaiyyətinə çatdırılmalıdır”.
Məhərrəm Əliyev
-
Magazin114:12"Parni iz Baku" KVN komandasının qurucusu bomj kimi öldü - FOTO
-
Magazin112:36Təranə və Musanın qızı canlı ifası ilə DİQQƏT ÇƏKDİ - VİDEO
-
Maraq dünyası11:00Bu BÜRCLƏR pul içində "üzəcək"
-
Hadisə10:00İki dost arasında dava ölümlə nəticələndi
-
Magazin109:30Zaurun əməkdar artistlə illər öncəki VİDEOSU müzakirə yaratdı
-
Elm və təhsil09:00Azərbaycanda universitetlərlə bağlı gözlənilən qərar - Tələbə ancaq tələbəni görəcək?
-
Dünya07:55Dəhşətli təyyarə qəzasında ölənlərin sayı bəlli oldu - Yeniləndi
-
Dünya07:15Müharibədən 48 saat əvvəl Netanyahu Trampa nə deyib? - Heyrətləndirən kəşfiyyat məlumatı




















.jpg)







.jpg)

.jpg)








