Nida Təhlil
“Qeybət Şurası”: əl-ələ verib hakimiyyətə gəlməyə getdilər...– III HİSSƏ
Milli Şuranın “qeybət məclisi”ndən fərqlənməyən onlayn iclasının növbəti hissəsi yayılıb. Mayın 5-də keçirilən iclasın digərlərindən yeganə fərqi AXCP sədri Əli Kərimlinin də iştirak etməsidir. Yerdə qalan hər şey əvvəlki kimi davam edir.
Yenə digər siyasətçilər müzakirəyə çıxarılır, onlar haqqında aşağılayıcı tonda lağlağı edilir. Ötən iclaslarda cinsi azlıqları təhqir edən, Hitlerə mədhiyyə deyənlər, Altay Göyüşov haqqında təhqiramiz ifadələr işlədənlər bu dəfə Nemət Pənahlını, REAL sədri İlqar Məmmədovu, Natiq Cəfərlini və Meydan Tv-ni, həmçinin, bütün xalqı lağlağlı obyektinə çevirdilər.
Gültəkin Hcıbəyli bildirir ki, “Küçədə Nemət Pənahlı ağlında minlərlə adam var”.
Qənimət Zahid yenə lağlağı ilə “Nemət indi lazım olduğundan çox ağıllıdır” deyir.
Əli Kərimli də “Mənim strateji qonşumla işiniz olmasın” deyərək, eyni binada yaşadığı N.Pənahlı ilə məzələnir.
Daha sonra Vidadi Mirkamal Əli Kərimliyə xitabən, “Bəy, bu gün saat neçədədir xanımla” deyə müzakirəyə daxil olur.
Əli Kərimli: Sevinc xanım 10:30-a planlaşdırdığını deyib, amma tez edəcəyik. (S.Osmanqızının verilişində çıxış etmək nəzərdə tutulur).
Və burada müzakirə türk seriallarına, oradan da bu seriallara baxanların aşağılanmasına qədər gəlib çıxır.
V.Mirkamal Əli Kərimliyə xəbərdarlı edir ki, “bu gün "Eşkiya dünyaya hökmdar olmaz" serialı var, camaatın 90 faizi ona baxır. Bu, baxışı azalda bilər”.
Əli Kərimli bu mövzuda V.Mirkamaldan məsləhət alır, ikinci də tövsiyə edir ki, “saat 9-da (21:00-red) keçən bölümdən xatırlatma var, 10-da başlayır, Osmanqızının verilişində çıxışı buna uyğunlaşdırmaq lazımdır”.
Gültəkin Hacıbəyli burada araya girir və “bir millət ki, Eşkiyaya baxacaq, onda getsin hoppansın” deyə bildirir.
Ardınca Meydan Tv “qeybət masasına” çıxarılır. Rafiq Manaflı iddia edir ki, onların əlində iki güclü resurs var: biri Osmanqızı, digəri Qənimət Zahid. Sonra “Əli bəy, Meydan Tv-nin imkanları necədir” deyə soruşur.
Əli Kərimli: Çox zəifləyiblər...
R.Manaflı tövsiyə edir ki, bu resursları gücləndirilməlidir.
Əli Kərimli: Baxmayaraq ki, vəziyyətimiz ekstremaldır, hər an “zaryatkam” qurtara bilər, ona görə iki məsələni deməliyəm. Belə mərhələlərdə bizim reaksiyamız qısa müddətdə hamılıqla olmalıdır. Ən azı Feysbukda fırtına əsdirmək imkanlarımız artırılmalıdır. Hadisələrə anındaca reaksiya verməliyik....
Düüd, düüd... Əli Kərimlinin “zaryatkası” bitir. Və məlum olur ki, Əli Kərimlinin “hakimiyyət mənim internetə çıxışımı məhdudlaşdırır” idiaları əslində özünün “zaryatkası”nın qutarması ilə bağlıdır.
Əli Kərimlinin gedişindən sonra Cəmil Həsənli İbrahim İbrahimliyə söz vermək istəyir, burda ara qarışıq, məzhəb itir.
Sonra İlqar Məmmədovu ortaya atırlar. G.Hacıbəyli lağlağı ilə deyir ki, “İlqar 2050-ci ildə deputat seçkilərində iştirak edəcək”.
Cəmil Həsənli 2025-ci ildə həm prezident, həm parlament seçkilərinin olacağını bildirir.
Və burada Milli Şuranın 2025-ci ili gözləməyəcəyi, cəmi 3 aydan sonra, sentyabrda hakimiyyətə gələcəyi xəyalları qanadlanır.
Gültəkin Hacıbəyli: Ay millət, siz niyə belə bədbinsiniz. Mən hazırlaşıram, uzaq başı sentyabrda hakimiyyətə gəlməyə.
Cəmil Həsənli də komanda verir: Onda iş başına, klaviatura arxasına.
Və onlar əl-ələ verib klaviatura arxasında hakimiyyətə gəlməyə gedirlər...
Asif
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
