Nida Təhlil
DOST Agentliyi rüşvət və süründürməçiliyin qarşısını alacaq - ŞƏRH
“ASAN Xidmət və DOST Agentliyində gənclərin dövlət idarəçiliyinin xidmət sektorunda vəzifələrə təyin olunması gələcək nəsillər, eyni zamanda idarəçiliyin yeni mərhələsi üçün xüsusi əhəmiyyətli məsələlərdən biridir”.
Bunu Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirib.
O bildirib ki, ölkədə modern idarəetmə prosesi artıq tərtib olunmaqdadır:
“Dayanıqlı inkişaf üçün biz mütləq şəkildə idarəetmənin yeni forma və metodlarından, texnologiyalarından istifadə etməliyik. Azərbaycanın ən effektiv institutlarından olan ASAN Xidmət öz effektivliyini və nəticəsini uzun illərdir ki, göstərir. “Bir pəncərə, bir düymə” strategiyasını hədəfləyib, ona çatan ASAN Xidmətdən sonra artıq DOST Agentliyinin də meydana gəlməsinin əsas səbəbi vətəndaşların bürokratlardan uzaq olmasını təmin edərək, operativ şəkildə onlara lazım olan sənədləri almalarına və həyat şəraitlərinin yaxşılaşdırılmasına dəstək olmaqdan ibarətdir”.
Politoloq DOST Agentliyinin mahiyyətini belə izah edib:
“Biz bilirik ki, kargüzarlıq məsələlərində çox hallarda süründürməçilik mövcud idi. Ayrı-ayrı şəxslərin qeyri-obyektivliyi və rüşvətə meyli özünü göstərirdi. Təbii ki, ASAN xidmət və DOST Agentliyinin meydana gəlməsi bütün bunların qarşısını alır. Ümumilikdə ASAN Xidmət və DOST Agentliyində gənc kadrların dövlət idarəçiliyinin xidmət sektorunda vəzifələrə təyin olunması gələcək nəsillər, eynilə idarəçiliyin yeni mərhələsi üçün xüsusi əhəmiyyətli məsələlərdən biridir. Çünki artıq yeni idarəedici təfəkkür inkişaf etməkdədir. Bu təfəkkür isə rüşvətdən və bürokratiyadan uzaq olan idarəçi sistem formalaşdırmaqdan ibarətdir”.
Məhərrəm Əliyev
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)




.jpg)





















.jpg)
.jpg)

