Nida Təhlil
Mollanın yağ küpündən çıxanlar, küçə söyüşləri, inək və onun əri... – Səhv kimdədir?
Cinsi azlıqları təhqir edən, Hitlerə rəhmət oxuyan, qəlyanlı söhbətlərinə ara verməyən, “çəpər arxasında” qonşularının qeybətini qıranlar kimi başqalarının arxasınca danışan Milli Şuranın növbəti qeybət videosu yayıldı.
Sədr Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Rahim Hacıyev, Vidadi Mirkamal və digərləri internet imkanlarından istifadə edərək, ölkənin “taleyi” haqda yeni müzakirə aparır.
Budur, prezident olmağa iddia edən Cəmil Həsənli ölkədəki dialoq mühitindən danışır və siyasi mahiyyətini öz dili ilə ifadə edir.
“Hökumət bizi dialoqa getməmək üstündə vurur. İndi dialoqa gedənlər elə “tryapkaya” çevrilib ki, o “tryapka” ilə heç ayaqqabı da silmək olmaz”, - sədr konstruktiv siyasi qüvvələri açıq şəkildə təhqir edir.
Bir anlıq sükut olur, lakin AXCP sədri, Milli Şuranın de-fakto hakimi Əli Kərimli Həsənlinin təhriqinə gülüşü ilə dəstək verəndən sonra digərləri də “alqış” tutmağa başlayır.
“Tryapka” – küçə söhbətlərinin siyasiləşməsi
Azərbaycan dilində “əski” ifadəsi olan “tryapka” ən ağır təhqir hesab olunur və adətən küçə jarqonuna daxildir. “Tryapka” ifadəsinin təhriq olaraq qəbul edilməsinin başlanğıcı isə həbsxana həyatı, ümumiyyətlə cinayət aləmində qoyulub. Bir siyasətçinin bu ifadəni dilə gətirməsi, ətrafının da ləzzətlə gülüşməsi nəinki siyasi etika, ümumiyyətlə adi insan münasibətlərinə yaraşmayan davranış hesab olunur. Hərçənd, Azərbaycan siyasətinə küçə münasibətlərini gətirənlər üçün bu o qədər də dəhşətli bir şey deyil. Axı söhbət son iki ildə cəmiyyətin bütün əxlaq normalarına qarşı terror edən “söyüş müxalifətinin” daxili cəbhəsindən gedir.
Bu cəbhənin öz daxlində apardığı müzakirələrin siyasətlə yaxından-uzaqdan əlaqəsi yoxdur, heç küçə söhbətlərinə də dəxli yoxdur, nədirsə başqa bir şeydir və son günlər yayılan vidogörüntülər belə “siyasi söhbətlərin” yalnız Milli Şurada edilə biləcəyini göstərir. Cinsi azlıqlar açıq leksikonla təhqir olunur, xoşları gəlməyən siyasi qüvvələrin və şəxslərin arxasınca hər cür təhqirlərə açıq qeybət xarakterli söhbətlər edilir, onu söyürlər, bunu söyürlər, birini “eşşəyə” bənzədir, digərinə “tryapka” deyirlər...
Milli Şuranın müzakirələrinin yeganə qadın iştirakçısı və özünü məclisin ulduzu kimi aparan Gültəkin Hacıbəylinin inək söhbəti də bu qüvvələrin siyasi şüurunun səviyyəsini göstərir.
İnək və onun əri...
Cəmil Həsənlinin “tryapka” “sxodkasından” sonra Hacıbəyli danışır: “Bakıda mərkəzi komitənin rəhbərlərindən biri rayona gedir, girir tövləyə, deyir nə qəşəng inəkləriniz var. Deyirlər bunlar inək deyil, buğadır, bu da bilmir buğa nədir, onu başa salırlar. O da deyir “inəyin əridir də...”.
Bu lətifənin, inəyin, ümumiyyətlə ər söhbətinin müzakirəyə haradan gəlib düşdüyü bəlli olmasa da, hər kəs Hacıbəyli xanımın söhbətinə gülür.
Mənasız və absurdur, amma inək söhbəti Molla Nəsrəddinin lətifəsini yada salır, daha maraqlı və mənalı...
Molla Nəsrəddinin qazıya işi düşür. İşini tez həll etmək üçün bazardan bir küp alır, içini sarı palçıqla doldurur, üstünə iki barmaq qalınlığında inək yağı töküb aparır qazıya... Qazı küpəni alır, mollaya lazım olan kağızı yazıb verir. Molla getdikdən sonra qazı görür ki, küpənin üstü yağ, altı palçıqdır. Dərhal mollanı geri çağıran qazı deyir:
- Molla, o kağızı ver, kiçik səhv var, düzəldim verim.
Molla da fırıldağının ortaya çıxdığını anlayıb deyir:
- Cənab qazı, zəhmət çəkməyin. Kağıza baxmışam, səhv kağızda deyil, yağ küpəsindədir...
İndi səhv nə Azərbaycan siyasətində, nə konstruktiv siyasi qüvvələrdə, nə də tövlədəki inəklərdədir... Səhv sizin kimilərin bu ölkənin siyasətinə pərçimlənməsindədir. Mollanın küpü də nədənsə sizi xatırladır...
Asif
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO