Nida Təhlil
Türk ordusu Ermənistana müdaxilə edə bilər: Məxfi qrifli “Altay” ƏMƏLİYYATI
Türkiyənin Ermənistan və Yunanıstana hərbi müdaxilə planı hazırladığına dair iddialar irəli sürülüb.
Publika.az xəbər verir ki, bu iddia İsveçin “Nordic Research Monitoring Network” qeyri-kommersiya təşkilatının “Nordic Monitor” portalı tərəfindən gündəmə gətirilib.
İddiaya görə, belə bir planın olması faktı 15 iyul dövlət çevrilişinə cəhd işi üzrə həyata keçirilən məhkəmə prosesinin materiallarında təsadüfən ortaya çıxıb.
Portalın iddiasında qeyd olunur ki, Ermənistana hərbi müdaxilə planı 2000-ci ilin 15 avqust, Yunanıstana hərbi müdaxilə planı isə 2014-cü ilin 13 iyun tarixinə aiddir.
“Yunanıstana hərbi müdaxilə planının kod adı səlcuq əmiri Çaka bəyin şərəfinə “Çak-vur”, Ermənistana hərbi müdaxilə planının kod adı isə 1920-ci illərdə Türkiyə Cümhuriyyətinin qurulması uğrunda müharibədə iştirak edən general Altay Fəxrəddinin şərəfinə “Altay” adlandırılır”, - portal yazır.
Bu informasiyalar Ermənistanda dəhşətli narahatlığa səbəb olub. Türkiyənin Suriya və Liviyadakı hərbi əməliyyatlarına, son olaraq da İraqın şimalında PKK terrorçularına qarşı keçirilən “Pəncə-Qartal” əməliyyatına diqqət çəkən Ermənistan mediası məxfi qrifli “Altay” əməliyyatı haqqında iddianı tirajlayıb.
Erməni şərhçi Aram Amatuni yazır ki, Türkiyənin Ermənistana hərbi müdaxilə planı təəccüblü deyil.
“Belə əməliyyat planları ehtiyat variant kimi daim türk ordusunun gündəmində olub. Son günlər Ermənistanın daxili siyasətində yaşanan kataklizimlər belə əməliyyatlar üçün yeni imkanlar yaradır”, - erməni şərhçi qeyd edib.
Asif
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir










.jpg)











.jpg)

.jpg)











