Nida Təhlil
Məsuliyyətsiz insanları intizama dəvət etmək üçün CƏRİMƏLƏR ARTIRILSIN - Deputatdan TƏKLİF
“Koronuvirusla “müharibə”nin iştirakçıları da, qəhrəmanları da, qalibləri də məğlubları da bizik. Müharibənin sonunda kimin hansı statustda olacağı həmin fərdin sosial məsuliyyətindən, sosial özünütəcridindən və karantin rejiminin tələblərinə uymasından asılı olacaq. Gəlin koronovirus pandemiyasına qarşı birgə mübarizə aparaq, sosial məsuliyyəti bərabər bölüşək və cəmiyyət olaraq hamımız bu müharibədən qalib çıxaq. Biz buna layiqik ! Biz birlikdə güclüyük!”
Bunu Publika.az-a danışan millət vəkili Hikmət Babaoğlu deyib.
O bildirib ki, insanlar heç vaxt bir-birinə indiki qədər məhkum, indiki qədər möhtac olmayıb:
“Heç tanımadığınız bir insanla təsadüfi qarşılaşma sizin səhhətinizə, sağlamlığınıza və hətta həyatınıza baha başa gələ bilər. Ona görə də hazırda bir sosial fərdin taleyi digərinə bağlıdır. Biz bunun fərqində olmalıyıq. Unutmaq olmaz ki, sosial fərd adlandırdığımız insanların içərisində bizim doğmalarımız, sevdiklərimiz, övladlarımız, qardaş-bacılarımız, valideyinlərimiz, dostlarımız da var. Koronovirus isə bunların heç birinə fərq qoymadan, hamıya eyni dərəcədə yoluxa bilən bir virusdur. Ona görə də sağlamlığı bəzən taleyi bizdən asılı olan insanlara əsla və əsla risk yaratmamalıyıq. Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı yeni modul tipli xəstəxananın açılışında iştirak etdi. Öz nitqində koronovirus təhlükəsilə bağlı olduqca mühüm məsələlərə toxundu. Dövlətimizin gördüyü və görəcəyi tədbirlərdən danışaraq qeyd etdi ki, ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana açılır. Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda artıq fəaliyyətə başlayıb. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək. Beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq”.
Deputat qeyd edib ki, bu göstəricilər mühüm göstəricilərdir və Azərbaycan dövlətinin koronovirusa qarşı necə tədbirli olmasını ifadə edir. Onun sözlərinə görə, nə qədər yaxşı xəstəxana, nə qədər çox çarpayı sayı olursa-olsun, xidmət göstərəcək ixtisaslı kadrlar, insan resursları və həkimlər olmasa, bunlar sadəcə sitatistika olaraq qalacaq:
“Ona görə də vətəndaşlarımız nəzərə almalıdırlar ki, insan resursları, ixtisaslı kadrlar bir günə, bir ilə yetişmədiyi üçün burada müəyyən problemlər yarana bilər. Gərək hər bir vətəndaşımız obyektiv reallığı nəzərə alaraq bir az da öz sağlamlığının qeydinə qalsın. Heç olmasa virus daşıyıcısı olub başqalarını yoluxdurmasın. Hazırki vəziyyətə diqqət çəkən Prezident İlham Əliyev vurğuladı ki, son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir – maska taxmaq, sosial məsafə saxlamaq və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz.
H.Babaoğlu əlavə edib ki, Prezidentin bu fikirləri əslində, cəmiyyətimiz tərəfindən həyəcan siqnalı kimi qəbul edilməlidir: “Eyni zamanda Operativ Qərargah daha sərt qaydalar tətbiq etməlidir. Bunların sırasında cərimələrin artırılması da nəzərdən keçirilə bilər. Görünür, bəzi adamlar üçün karantin rejiminin tələblərini pozanlara tətbiq edilən hazırki cərimələri ödəmək elə də maddi çətinlik yaratmır. Əslində digər ölkələrlə müqayisədə minimum əmək haqqına nisbətdə də cərimələr ölkəmizdəkindən dəfələrlə çoxdur və düşünürəm ki, cərimələrin artırılması sosial məsuliyyəti az olan insanları intizama dəvət etmək üçün yaxşı bir effektiv vasitə ola bilər. Ona görə də bir daha hansı yolla olursa-olsun biz koronovirusa qarşı mübarizə tədbirlərimizi gücləndirməli, özümüzü və cəmiyyətimizi qorumalıyıq” .
Akqabay Mıradov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...