Nida Təhlil
Əks halda seçici başqasını öz maraqlarının təmsilçisi kimi görəcək - Qüdrət Həsənquliyev
Publika.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:
- Qüdrət bəy, Milli Məclisin yaz sesiyası başa çatdı, hansı təəssüratlarla tətilə getdiniz? Parlamentə ilk dəfə seçilən deputatlar barədə fikrinizi bilmək də maraqlı olardı?
- Milli Məclis yaz sesiyasını pandemiya dövründə keçirdi və bu sözsüz ki, bizim işimizə mənfi təsirini göstərdi. Komitə iclasları əsasən video konfranslar formatında keçirilirdi. Bəzən iclasları tez yekunlaşdırmağa çalışırdıq. Amma bütün bunlara baxmayaraq bir çox müsbət dəyişiklikləri də qeyd etmək istərdim. Məclisdə təşəbbüskarlıq və sağlam tənqid, həmçinin müəyyən istisnalarla sağlam tənqidə dözümlülük artıb. Deputatlara imkan yaradılırdı ki, seçicilərinin problemlərindən danışa bilsin. Hətta bəzi həmkarlarımız bundan narahatçılıqlarını ifadə edirdilər ki, destruktiv qüvvələr problemlərin səsləndirilməsindən sui-istifadə edir. Mənim fikrim bu məsələdə ondan ibarətdir ki, seçici görməlidir ki, onun deputatı onun problemlərindən danışır. Əks halda o dinləməyə onun problemlərindən danışılan başqa auditoriya axtaracaq, başqasını öz maraqlarının təmsilçisi kimi görəcək.
Yeni seçilmiş deputatlara gəldikdə isə bəzilərinin iddialı danışması heç kimi narahat etməməlidir, əksinə, sevindirməlidir.Təki onlar yaxşı parlamentar kimi özlərini təsdiq edə bilsinlər. Deputatın işi o olmamalıdır ki, seçicisinin gündəlik qayğıları ilə birbaşa məşğul olsun. Bunun üçün icra orqanları, bələdiyyələr var. Deputat problemlərin nədən qaynaqlandığını öyrənməli, seçiciləri üçün firəvan həyatı, qanunun aliliyini təmin edəcək qanunvericilik bazasının yaradılmasına öz töhfəsini verməlidir. Yeni seçilmiş deputatların əksəriyyəti parlamentin işinə fəal formada qatılıb və bu da bizi sevindirməyə bilməz.
- Həmin deputatların ən fəallarından bir neçəsinin adımı çəkə bilərsinizmi?
- Əlbəttə, çəkə bilərəm. Amma mənim qiymətləndirməmdə yalnız fəallıq yetərli deyil. Onun qaldırdığı problemi, yaxud müzakirə olunanan məsələni dərindən bilməsi, çıxış etdiyi məsələnin aktuallığı və öz təklifini əsaslandırma bacarığı önəmlidir. Bu baxımdan Nigar xanım, Razi bəy, Afət xanım, Etibar bəy diqqətimi çəkib. Sözsüz ki, bu siyahını daha da artırmaq olardı, amma bu şəxsıər ilk yadıma düşənlər oldu.
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu


























