Nida Təhlil
Adil İsmayılov Gəncə qiyamından yazdı
"Bilməyənlər üçün deyim ki, 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələrlə bağlı cinayət işi üzrə əvvəldən axıra kimi vəkil kimi iştirak etmişəm. Kifayət qədər, bəlkə də iştirakçılar qədər məlumatlıyam. İyunda Gəncədə baş verənlərin bir adı var, o da qiyamdır. Bu hadisələr son günlər Sürət Hüseynovun müsahibələri ilə yenidən gündəmi zəbt edib".
Publika.az xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Adil İsmayılov deyib.
O bildirib ki, bu barədə müsahibə verməkdən imtina edib:
"Səbəbi də çox sadədir. S.Hüseynovun barəsində nəsə danışmağa dəymədiyi üçün ehtiyac duymurdum. İki məsələyə münasibət bildirmək istəyirəm. Birinci, o dövrün yüksək çinli məmurlarına aiddi. Hamınız yaxşı tanıdığınız üçün adlarını çəkmək istəmirəm. Hörmətli bəylər, birdəfəlik etiraf edin ki, bu hadisələrə görə məsuliyyət sizin üzərinizdədir, səbəb də səriştəsizliyiniz olub. İndi rəhmətlik prezident Əbülfəz bəyin arxasında gizlənməyin, onu rahat buraxın. Sizi inandırıram etiraf edəndən sonra həm siz rahat olacaqsınız, həm də ictimaiyyət sakitləşib yaxanızdan əl çəkəcək".
"İkinci, Sürət Hüseynova aiddi. Onun son vaxtlar gündəmə gəlməkdə bir məqsədi var, adam status-kvonu bərpa etmək istəyir. Yəni siyasətə gəldiyi dövrə qayıtmaq, özünün hesab etdiyi Yevlax yun zavodunu qaytarmaq istəyir. Adamdan qəhrəman düzəltməyə ehtiyac yoxdur. Jurnalist dostlardan xahiş edirəm ki, onunla söhbətlərinə bu rakursdan yanaşsınlar. Hazırda hamımızı daha vacib məsələlər maraqlandırmalıdı, enerji və bacarığınızı bu məsələlərə yönəltsəniz yaxşı olardı", - deyə vəkil qeyd edib.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)




.jpg)





















.jpg)
.jpg)

