Nida Təhlil
Ermənistan ilə faşist Almaniyası arasında oxşarlıqlar nədir? - VİDEO
2005-2008-ci illərdə Ermənistanın Milli Kino Mərkəzi tərəfindən hazırlanmış “Evə gedən yol” cizgi filmi Ermənistanın dövlət televiziya kanalında göstərilir. Filmdə 2050-ci ildə Ermənistan ərazisinin Gürcüstan, İran, Türkiyə və Azərbaycan torpaqları hesabına necə genişləndiyindən və bir qrup məktəblinin “düşməndən azad olunmuş” həmin ərazilərə səyahətindən bəhs edilir.
Bu cür film-mesajlar vasitəsilə həm Ermənistan daxilində, həm erməni diasporunda ermənilərə uşaqlıqdan qonşu xalqlara qarşı nifrət aşılayır, onları işğalçı ruhunda böyüdürlər. Uşaqlara “Böyük Ermənistan” xülyası təlqin edilir.
23 iyul 2011-ci ildə Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan tələbələrlə görüşü zamanı tələbələrdən birinin Türkiyənin ərazilərini nəzərdə tutaraq "Qərbdəki torpaqlar bizə geri dönəcəkmi?"- sualına cavab olaraq deyib: - "Bu, sizdən və sizin nəsildən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni yerinə yetirdi. Qarabağı düşməndən aldıq. Hər nəslin özünün yerinə yetirilməli olduğu öhdəlikləri var". Bununla, Sarkisyan Gürcüstanın, Türkiyənin və Azərbaycanın digər ərazilərinin işğal edilməsi öhdəliyinin gənc nəslin üzərinə düşdüyünü bildirir.

Hitler də “Böyük Alman Reyxi” yaratmaq istəyirdi.
Ermənistanın 2-ci prezidenti Robert Koçaryan Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında 16 yanvar 2003-cü il tarixində etdiyi çıxışında “ermənilərlə azərbaycanlıların genetik baxımdan uyğunsuz” olduğunu bildirmişdi. Koçaryan belə bir çıxış etdiyini Avropa Şurasının Parlament Assambleyasında da təsdiqləmişdi.
Robert Koçaryanın ixtisasca həkim olan arvadı Bella Koçaryan isə Ermənistanda Qan köçürülməsi mərkəzinin açılışında belə demişdi: “Ermənilərə yalnız erməni qanı vurulmalıdır. Erməni qanı spesifik genetik struktura malikdir.” Mərkəzin rəhbəri də ermənilərin adətən xaricilərlə ailə qurmadığına görə erməni qanının təmiz qaldığını bildirmişdi.

Bu cür davranış və açıqlamalar faşist Almaniyasındakı “Qan və Torpaq” (Blut und Boden) şüarını xatırladır. Qan “təmiz Ariya irqi”nə istinad edirdi.
Bu, Faşist Almaniyasındakı Nüremberq qanunlarını xatırladır.
Bu qanunlar almanların “təmizliyini” qorumaq üçün “ari irqinə” məxsus olmayan şəxslərlə evlənmələrini qadağan edirdi.
Ermənistanın faşist siyasəti nəticəsində azərbaycanlı, kürd və digər millətlər ərazidən qovulub. Ermənistan hazırda mono-etnik ölkədir.
Soyqırımı törədilməsi - 1992-ci il fevralın 26-da Xocalı soyqırımında iştirak etmiş Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala verdiyi müsahibəsində fəxrlə bildirib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik”. Öldürülənlər arasında 63 uşaq, 106 qadın, 70 qoca olduğunu nəzərə alsaq, bunu fəxrlə yalnız faşist təfəkkürlü insan deyə bilərdi.
Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan da Erməni diasporu ilə görüşdə ermənilərin Allah tərəfindən seçilmiş bir millət olduğunu bildirib.
Hitler Almaniyasında da almanların seçilmiş Ari irqə məxsus olduqları barədə təbliğat aparılırdı.

Bütün bunların məntiqi ardıcıllığı olaraq, indi Ermənistanda faşist Almaniyasına xidmət etmiş generallar Drastamat Kanayan (Dro) və Qaregin Njde təbliğ olunur. Onların irqçiliyi və antisemitizmi təbliğ edən əsərləri nəşr edilir, onlara abidələr qurulur, şərəflərinə sikkələr çıxarılır, mahnılar qoşulur, filmlər çəkilir, medallar təsis olunur. Buna görə, Ermənistan Avropada yəhudilərə ən çox düşmən münasibət bəsləyən 2-ci dövlətdir.
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO




































