Nida Təhlil
Son 6 ay ərzində çox böyük işlər görülüb - ŞƏRH
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Vətəndaş cəmiyyəti və bütün ictimaiyyət pandemiya başlayandan bu günə qədər Prezidentin dövlət səviyyəsində apardığı bütün fəaliyyəti müsbət qiymətləndirir”.
Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni deyib.
O bildirib ki, çətin və ağır, nə qədər gərgin olsa da virusun ölkədə geniş yayılmasının qarşısını almaq üçün dövlət maksimum tədbirlər görür və bu dövr ərzində vətəndaşlar daim diqqətdə saxlanılıb: “Ona görə də vətəndaş cəmiyyəti bütün görülən tədbirləri, xüsusilə də Operativ Qərargahın və Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını yüksək qiymətləndirir. Bu dövr ərzində bütün dərman preparatlarının ölkəyə gətirilməsi, tibbi maska istehsal edən zavodun açılması, modul tipli xəstəxanaların operativ şəkildə tikilməsi, əhalinin işsiz təbəqəsinin maddi yardım paketləri ilə təmin olunması və bir çox məsələlər vətəndaşlar tərəfindən dəyərləndirilir. Biz də Milli QHT Forumu olaraq ilk gündən əhalinin maarifləndirilməsini media ilə birlikdə gördük. Dövlətimiz də bizim bu fəaliyyətimizi yüksək qiymətləndirir”.
R.Zeyni qeyd edib ki, koronavirusla mübarizə ilə əlaqədar olaraq beynəlxalq aləmdə də Prezidentin fəaliyyəti yüksək qiymətləndirildi: “Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın sivil, müasir və kəskin mübarizəsi yüksək dəyərləndirildi. Ümumilikdə son 6 ay ərzində çox böyük işlər görüldü. Ölkə başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi işlər aparıldı, əhalinin vəziyyəti diqqətdə saxlanıldı. 100 minlərlə işsiz vətəndaş 190 manatlıq ödənişlə təmin olundu. Prezidentin göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və 600 min şəxsi əhatə edib.
Bundan əlavə, xüsusi xəstəxanaların virusla mübarizə üçün ayrılması mühüm əhəmiyyət kəsb edir. Postpandemiya dövründə də ölkəmizin inkişafı, iqtisadiyyatın güclənməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ilə bağlı Milli QHT Forumu olaraq bütün təklifləri vermişik. Virusdan sonrakı dövrdə də dövlət səviyyəsində vacib proqramları icra edərək o istiqamətdə dövlətə dəstək verməyə hazırıq”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
