Nida Təhlil
Azərbaycan dünyada etibarlı tərəfdaş olaraq qəbul olunur - ŞƏRH
“1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” imzalandı və o tarixi məqamlar insanların yaddaşında dərin kök salıb. Biz inanırdıq ki, zaman gələcək və milli şirkətlərimiz, xarici investisiya qoyulan layihələrimiz çox yüksək səviyyəyə çatacaq. 26 ildən sonra artıq bunların hamısı həqiqətə çevrilib”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni deyib.
O bildirib ki, Azərbaycanda inşa edilmiş və ən böyük qurğu olan “Qarabağ” dayaq blokunun Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi əlamətdar hadisədir: “Bu blokun dənizə yola salınması ölkənin həyatında əlamətdar hadisədir. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan “Qarabağ” dayaq blokunun dənizə yola salınması Azərbaycanın qüdrətini göstərir. Qurğu Azərbaycan tərəfindən müasir beynəlxalq tələblərə uyğun istehsal olunub. Xəzər dənizində ən böyük platforma olan “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi Azərbaycanın artıq investisiya yatıran və ya sərmayə yatırılan ölkə deyil, həm də böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlər yetişdirmiş ölkə olduğunu göstərir.
17 il ərzində dövlət başçısının apardığı mütərəqqi beynəlxalq siyasət nəticəsində, o cümlədən bütün dünyada əməkdaşlıq və tərəfdaşlıq nümunəsi olaraq Azərbaycan artıq regionda, dünyada etibarlı tərəfdaş olaraq qəbul olunur. Bu, beynəlxalq biznes və iqtisadi ictimaiyyət tərəfindən ölkəmizə etimadın nəticəsidir. Ona görə də bu gün biz Prezident İlham Əliyevin rəhbərliyi ilə “Qarabağ” platformasının dənizə göndərilməsinin şahidi oluruq. İnanıram ki, bu siyasətin davamı olaraq ölkə başçısı beynəlxalq iqtisadiyyatda, regional meqalayihələrin həyata keçirilməsində göstərdiyi əzmi və iradəni Qarabağın da azad olunması istiqamətində göstərəcək. Biz iqtisadi yüksəlişimizi əldə etdiyimiz kimi ərazi bütövlüyümüzü də Ali Baş Komandanın rəhbərliyi ilə təmin edəcəyik”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
