Nida Təhlil
“Qarabağ” yatağı neftin azaldığı bir dövrdə böyük töhfədir – İlham Şaban
“Qarabağ” layihəsi 1998-ci ildə ABŞ-ın “Penzoil” şirkətinin digər şirkətlərlə birgə iştirakı ilə açıldı. Ancaq o zaman burada 17 milyon tondan bir qədər çox neft ehtiyatı var idi. 1998-ci ildə isə neftin qiyməti 10 dollara düşmüşdü və yataq istifadə olunmadı”.
Bu fikirləri Publika.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyib.
O bildirib ki, nə həcm, nə də qiymət bu gün istifadəyə verilən “Qarabağ” dayaq blokunun yarandığı illərdə işlənməsinə gətirib çıxarmayıb: “Sonradan bu yataq Azərbayacan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) qaytarıldı. 2018-ci ilin may ayına qədər bu yataq üzrə bir neçə dəfə danışıqlar oldu və Norveçin keçmiş “Statoil”, indiki “Equinor” şirkəti ilə müqavilə imzalandı. Bu, çox əlamətdar bir hal idi. 2019-cu ildə başlanan kəşfiyyat və qazma nəticəsində Bu ilin əvvəlində, koronavirusun ölkəmizdə yayılmadığı bir vaxtda rəsmən elan edildi ki, “Qarabağ”da qazılan quyu çox yüksək debitlə neft ehtiyatını aşkarlayıb.
İ.Şaban qeyd edib ki, bu yataqda olan neft ehtiyatı 60 milyon ton civarında qiymətləndirilib: “Bu gün isə Prezident İlham Əliyevin iştirakı ilə dənizə platformanın dayaq hissəsi göndərildi. Bu dayağın üstündə bizim indiyə qədər seyr etdiyimiz və əsas hasilat gedən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”də olan üst platforma burda da quraşdırılacaq. O quraşdırılandan sonra artıq hasilat başlayacaq. Hasilat isə 2021-ci ilin 4-cü rübünün sonuna planlaşdırılır. Ölkəmiz üçün çox gözəl bir müjdədir ki, bu yataqdan ildə 1,5 miyon ton neft hasil ediləcək. Bu baxımdan “Qarabağ” yatağı uyğun bir zamanda, Azərbaycanın öz neftinin azaldığı bir dövrdə stabilləşmə üçün gözəl bir töhfədir”.
Akqabay Mıradov
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)









.jpg)

















.jpg)
.jpg)
