Nida Təhlil
İcra başçıları vətəndaşların ən yaxın şəxsinə çevrilməlidir - RƏY
“Elmir Bağırovun Saatlı, Faiq Qürbətovun Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasını müsbət qarşılayırıq. İnanıram ki, onların fəaliyyəti nəticəsində yaxın gələcəkdə rəhbərlik etdikləri İcra Hakimiyyətlərində müsbət dəyişikliklər özünü göstərəcək”.
Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni deyib.
O bildirib ki, əksər icra başçıları özlərini təəssüflər olsun ki, cəmiyyətə fərqli təqdim ediblər: “Toxunulmaz, əlçatmaz, bəziləri hətta kiçik padşahlığa qədər gəlib çatıb. İllərdir tənqid edirik ki, bu cür olmamalıdır. İcra başçıları Prezident İlham Əliyevin dediyi kimi sadə, təvazökar olmalı, vətəndaşlara yuxarıdan aşağı baxmamalıdır. Onların fəaliyyəti qanunun aliliyi prinsipinə söykənməlidir. İcra başçıları korrupsiya əməllərinə qoşulmamalı və ətraflarına da korrupsionerləri toplamamalıdır. Əksinə, onlar rayonda vətəndaşlara xidmət etməli və onların ən yaxın şəxsinə çevrilməlidir. Ancaq həqiqətən də xalqın nüfuzunu, hörmətini qazanan icra başçıları var. Təəssüflər olsun ki, bəzi icra başçıları bu gün İcra Hakimiyyəti sistemini hörmətdən salıb.
Yeni təyin olunan başçılardan da yüksək keyfiyyətlər tələb olunur. İnanıram ki, onlar son dövrdə təyin olunan icra başçıları ilə birlikdə özlərini doğruldacaq və işlədikləri müddət ərzində əvvəlki başçıların buraxdığı səhvləri aradan qaldıracaq. Dövlət başçısı da onları buna görə təyin edib. Düşünürəm ki, nə qədər gərgin və çətin vəziyyət olsa da, rəhbərlik keyfiyyətlərinə malik olan kadr ən çətin vəzifənin belə öhdəsindən gələ bilməlidir. Nəinki İcra Hakimiyyəti, bütün islahatlar aparılan sistemlərdə də Prezidentin dediyi kimi müasir tələblərə cavab verən kadrlar təyin olunmalı, şəffaflıq və ictimai nəzarət gücləndirilməlidir. Ölkə başçısı da bildirdi ki, son dövrlərdə ictimai nəzarət sistemləşib. Bu baxımdan yeni təyin olunan kadrlar vətəndaşlarla geniş iş aparmalıdır. Bu da regionlarda şəffaflığın təmin olunmasına xidmət edə bilər”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
