Nida Təhlil
Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir - ŞƏRH
“Azərbaycan Ordusu hazırda regionun ən güclü ordusudur. 90-cı illərdə orduda zabit çatışmazlığı var idi. Əsgərə təlim keçən heyət demək olar ki, yox səviyyəsində idi. Bunun olmaması peşəkar əsgər heyətinin də olmaması deməkdir”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib.
Onun sözlərinə görə, sovet dövründə azərbaycanlılar qeyri-peşəkar batalyonlara cəlb edilir, silah-sursatdan uzaq tutulurdular: “O dövrdə hərbi məktəblərə də gənclərimizi cəlb etməkdə maraqlı deyildilər. O səbəbdən 90-cu illərdə Azərbaycan Ordusunda zabit çatışmazlığı var idi. Rusiyanın ən primitiv silahları ilə ordumuz silahlanmışdı. Hətta o silahlardan istifadə etmək istəyənlər də çox az idi. Atəşkəs elan olunandan sonra ümummilli lider Heydər Əliyev ordu quruculuğuna diqqət ayırdı, hərbi akademiya, gizir, müddətdən artıq hərbi qulluqçular üçün məktəblər açıldı. Müxtəlif hərbi təkmilləşdirmə kursları fəaliyyətə başladı. Bu işi hazırda Prezident İlham Əliyev layiqincə davam etdirir”.
V.Quliyev qeyd edib ki, bu gün Azərbaycan Ordusu tam peşəkar hərbçi heyəti ilə təmin olunub: “O cümlədən ordumuz dünyanın aparıcı ölkələrinin istehsal etdiyi ən müasir silahlarla silahlandırılıb. Rusiya, Türkiyə, İsrail, Çexiya və digər silah istehsal edən aparıcı dövlətlərin döyüş texnikası, silahları ölkəyə gətirilib və bu silahlardan istifadə etmək gücündə olan əsgər, zabit heyəti hazırlanıb. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Ordusu bu gün regionun ən qabaqcıl ordusudur. İstənilən zaman Ermənistan tərəfi hansısa təxribat yaradarsa, onlara layiqli cavab verməyə hazırıq. Bunu Tovuz hadisələri, ondan əvvəl Aprel döyüşləri də göstərdi. İyul hadisələri bir daha göstərdi ki, ordumuz hər birimizin qürur mənbəyidir və düşmənə layiqli cavab verməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir”.
Akqabay Mıradov
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)











.jpg)














.jpg)
.jpg)

