Nida Təhlil
Ermənistan Türkiyəni də təhdid edir - Türk millət vəkilindən ÖZƏL
Ermənistanın mövqeyi qəbuledilməzdir. Çünki beynəlxalq hüquqa zidd hərəkət edərək Azərbaycanla əldə olunan atəşkəs razılaşmasını bir daha pozdu. Azərbaycanlıların öz torpaqlarındakı yaşayış sahələrini və dinc əhalini açıq şəkildə hədəf alıb. Ermənistanın bu mövqeyi sadəcə Azərbaycanın sabitliyini deyil, bölgədəki sülhü də açıq şəkildə təhdid edən vəziyyətdir.
Bu sözləri Publika.az-a özəl açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Artvin millət vəkili Uğur Bayraktutan deyib.

O, Ermənistanın cəbhə xəttinin Azərbaycan istiqamətinə edilən hücumlarını terror aktı adlandırıb: “Türkiyənin qardaş Azərbaycana qarşı işlənən bu terror aktlarını qəbul etməsi mümkün deyil. Dünya ictimaiyyəti də bizim bu terroru qəbul etməyimizi heç bir şəkildə gözləməməlidir. Münaqişənin alovlandığı bölgə Bakı-Tbilisi-Ceyhan neft boru xəttinə yaxın, strateji əhəmiyyəti əvəzedilməz olan bölgədir. Bu da o deməkdir ki, bölgə Azərbaycanla yanaşı, Türkiyə və region ölkələrini də maraqlandırır. Bu təcavüz Azərbaycanın müstəqilliyini və beynəlxalq hüququ təhdid edir. Açıq şəkildə bildiririk: nə ilə qarşılaşarsaq-qarşılaşaq, Türkiyə Respublikası bütün mənliyi ilə Azərbaycanın yanındadır. Ermənistan hökumətinə də bir tövsiyəmiz var: dərhal Dağlıq Qarabağdan geri çəkilsin”.
Türk vəkil qeyd edib ki, Ermənistan hökuməti təcavüzkar davranışlarından dərhal imtina etməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır: “Əvvəlcə, Ermənistan işğal etdiyi bölgələrdən hərbi qüvvələrini geri çəkməkdən fayda görər. Azərbaycan dövlətinin və xalqının ağrısı Türkiyənin ağrısıdır. Hansı siyasi düşüncə istiqamətindən yanaşırsaq-yanaşaq, hamımızın ortaq nöqtəsi var – Azərbaycan bizim qardaşımız və dostumuzdur”.
Zümrüd
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)









.jpg)

















.jpg)
.jpg)
