Nida Təhlil
Ermənistanı daha acınacaqlı tale gözləyir - Elçin Mirzəbəyli

“Paşinyan təcrübəsiz siyasətçidir və bu təcrübəsizlik təkcə o hakimiyyətdə olduğu müddətdə deyil, eyni zamanda onun siyasi fəaliyyətlə məşğul olduğu müddətdə də özünü büruzə verir. O, hər zaman öz qeyri-sabit mövqeyi ilə fərqlənən erməni siyasətçisi olub. İndi həmin davranışlar da prinsip etibarilə Ermənistanın baş naziri kimi fəaliyyətdə olduğu dövrdə büruzə verir”.
Bu sözləri Publika.az-a danışan “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, Azərbaycan tərəfinin, Prezidentin irəli sürdüyü faktlar, arqumentlər o qədər güclüdür ki, təkcə Paşinyan deyil, digər erməni siyasətçilərinin də bu arqumetlər qarşılığında ciddi fikir səsləndirməyə imkanları yoxdur: “Bu baxımdan da Paşinyan buna cəhd etdikcə özünü daha acınacaqlı və rəzil duruma salır. Artıq birinci dəfə deyil ki, erməni baş nazir xarici KİV-ə verdiyi müsahibələrində prinsip etibarilə heç bir ciddi suala cavab verə bilmir və jurnalistlər də onun buraxdıqları səhvdən yola çıxaraq acınacaqlı duruma salırlar. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bu aspektdən də düşünürəm ki, Paşinyanın BBC-yə son müsahibəsi Ermənistan baş nazirinin növbəti fiaskosu idi. O, bir daha təkcə özünün deyil, həm də Ermənistanın nə qədər haqsız durumda olduğunu açıq-aşkar nümayiş etdirdi”.
E.Mirzəbəylinin sözlərinə görə, Paşinyanın güzəştlərlə bağlı səsləndirdiyi fikirlər də absurd iddiadır və Azərbaycan ən böyük güzəşti Ermənistana 27 il zaman kəsiyi tanımaqla edib: “Bu müddət ərzində Ermənistan həmişə danışıqlar prosesini pozmağa çalışıb. Masa üzərində ciddi bir sənəd olanda və ən yekun məqama gələndə Ermənistan manipulyativ davranışlar edib və yaxud hərbi təxribatlar törədərək danışıqların formatını dəyişməyə cəhd göstərib. Düşünürəm ki, Azərbaycan Ordusu keçirdiyi hərbi əməliyyatlarla təkcə Paşinyan üçün deyil, bütövlükdə Ermənistan cəmiyyəti üçün də ciddi bir mesaj ortaya qoyacaq. Erməni cəmiyyəti və dünya erməniləri nəhayət başa düşəcək ki, bəşəriyyətə qarşı bu qədər azğın mövqedə dayanmaq olmaz, ultramillətçiliyin, faşist ideologiyasının isə sonu yoxdur. Ermənistan qonşuluğundakı bütün xalqlarla, dövlətlərlə birgə yaşayışı qəbul etməli, sivil və mədəni dövlət kimi davranmalı, barbarlıqdan, tarix və mədəniyyət oğurluğundan əl çəkməli və nəhayət, sabit davranış ortaya qoymalıdır. Əgər bu olmayacaqsa, Ermənistanı daha acınacaqlı tale gözləyir”.
Akqabay Mıradov

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır