Nida Təhlil
Ermənilərlə onların arasında heç bir fərq yoxdur - Hüquq müdafiəçisi
“Ermənilər cani xalqdır. Dövlət olaraq isə Ermənistan özünü faşist ölkəsi kimi aparır. Faşistlər də vaxtilə mülki insanları vəhşicəsinə öldürürdülər. Ermənilərlə onların arasında heç bir fərq yoxdur”.
Bu sözləri Publika.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O qeyd edib ki, Ermənistan faşist ölkəsi olduğunu bu gün Tərtərdə dəfndə iştirak edən mülki şəxslərə atəş açmaqla bir daha nümayiş etdirib: “Müharibədə dinc sakinlər hədəf alınmamalıdır. Bizim hərbçilərimiz mülki erməni vətəndaşlarını hədəf seçmir, onlara atəş açmır. Ancaq onlar bu vəhşilikləri xalqımıza qarşı edirlər. Biz sona qədər də Ermənistanın mülki vətəndaşlarını hədəf almayacağıq. Dövlət başçısı da qeyd etdi ki, Qarabağda yaşayan ermənilər bizim şərtlərimiz altında orada yaşamağa davam edə bilərlər. Ölkə başçımızın bu humanist addımının qarşılığında onlar bizim uşaqlarımızı, qadınlarımızı, mülki insanlarımızı bombalayır.
Onların faşist xislətini dünyaya göstərmək üçün aparılan işlər davam etdirilməlidir. Bütün dünyanı gəzib bir-bir bu vəhşilikləri hər kəsə göstərmək lazımdır. Los Ancelesdə minlərlə erməni nümayişə çıxıb. Həmin ermənilər nə üçün Ermənistana gəlmirlər? Ermənistanda döyüşmək üçün əsgər çatışmır. Bunlar hər yerdə hərəkətə keçiblər. Ancaq layiqli cavablarını alırlar. Ermənistan hazırda müharibə aparmır, mülki insanları öldürməklə məşğuldur. Onların ən böyük faşistliyi də dinc sakini öldürmələridir. Bütün bunları dünyaya çatdırmalıyıq. Beynəlxalq ictimaiyyət bu vəhşiliyə susmamalıdır”.
Qeyd edək ki, Ermənistanın Tərtər şəhərindəki qəbirstanlıqda dəfn mərasimi zamanı həyata keçirdiyi hücum nəticəsində 3 mülki vətəndaş həlak olub, 5-i isə ağır yaralanıb.
Xatırladaq ki, Ermənistan ordusunun həm Dağlıq Qarabağda yerləşdirilmiş, həm də öz ərazisində olan hərbi birləşmələri Azərbaycanın Gəncə, Mingəçevir şəhərləri, Ağdam, Tərtər, Bərdə, Füzuli, Beyləqan və digər rayonları atəşə tutulur. Nətcədə bu günə kimi 43 nəfər dinc sakin vəfat edib, 218 nəfər yaralanıb.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
