Nida Təhlil
Ermənistan ordusuna cəlb olunan muzdlular döyüşə girməkdən imtina edir - EKSPERT
Ermənistan İraq, Suriya və digər ölkələrdən muzdlu döyüşçüləri Dağlıq Qarabağa gətirməyə davam edir. Onlar əvvəlcədən də ordularının gücünə inanmırdı. Amma o muzdlular primitiv silahlarla vuruşmağa öyrəşiblər.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib. O, bildirib ki, bu yaxınlarda muzdlu döyüşçülərin səs yazıları yayılıb.

“Bu səs yazılarından məlum olub ki, Ermənistana gətirilən muzdlu döyüşçülər peşmandır. Çünki onlar yeni nəsil silahlarla döyüşməyi bilmirlər. Nə qədər muzdlu döyüşçü cəlb etsələr də, faydası olmayacaq, bizim silahların qarşısında acizdilər. Hazırda da onlar döyüşə girməkdən imtina edir. İnanmıram ki, gətirilən hansısa muzdlu döyüşçülər Ermənistan ordusunun itirilmiş qüvvəsini bərpa etsin. Əvvəla, Ermənistanın onları maliyyələşdirməyə imkanı yoxdur. Çox güman ki, bu maliyyə dəstəyini erməni diasporaları verir. Bu da bir yerə qədər olacaq, bir neçə aydan sonra heç kim onlara pul verən deyil.
Ermənistan ordusu birinci Qarabağ müharibəsində də muzdluları cəlb etmişdi, amma onların pullarını verə bilmədikləri üçün sonradan güllələmişdilər. Bu cür təcrübələr indi də olacaq. Muzdlular özləri qaçıb gedəcək”.
Hərbi ekspert onu da əlavə edib ki, terrorçuların Ermənistana gətirilməsi regiondakı ölkələr üçün də təhlükəlidir:
“İstənilən vaxt terror aktları həyata keçirə, müəyyən təxribatlar törədə bilərlər. Təbii ki, region ölkələri üçün təhlükəlidir. Ermənistanın sadəcə Azərbaycana qarşı torpaq iddiası yoxdur. Gürcüstan və Türkiyəyə qarşı da çirkin iddialar irəli sürürlər. Buna baxmayaraq, Ermənistanın onları maliyyəşdirməyə gücü çatmayacaq. Özləri çıxıb gedəcəklər”.
Aytən Məftun
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)











.jpg)














.jpg)
.jpg)

