Nida Təhlil
Ordumuz torpaqlarımızı işğaldan tam şəkildə azad edəcək və... - DEPUTAT
“Bu gün müstəqilliyimizin tarixi ikinci dəfə yazılır. Sovet İttifaqı dağılandan sonra müstəqilliyimizin elan olunmasından 29 il keçir. Ancaq bu 29 il ərzində ilk dəfədir ki, Azərbaycan xalqı bu Müstəqillik Gününü əsl müstəqillik və azadlıq günü kimi qeyd edir”.
Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O bildirib ki, Azərbaycan xalqı bu günü ürəkli şəkildə, fərəhlə qeyd edir: "Çünki sentyabrın 27-dən başlayaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev, Azərbaycan Ordusu, xalqımız hər gün tarix yazır. Torpaqlarımız işğaldan azad olunur. Bu gün Füzulidən olan bir dostumla danışırdım. Deyir, məni təbrik edə bilərsiniz. Mən də Müstəqillik Günü münasibətilə təbrik etdim. Deyir, artıq məni təbrik edin ki, mən daha məcburi köçkün deyiləm və bu ad Füzuli şəhəri işğaldan azad olunaraq mənim üzərimdən götürülüb. O gün olsun, Azərbaycan dövlətində məcburi köçkün statusunu daşıyan heç kəs qalmasın".
Millət vəkili qeyd edib ki, qüdrətli Azərbaycan dövləti, Ali Baş Komandanımız, şanlı və müzəffər Ordumuz torpaqlarımızı işğaldan tam şəkildə azad edəcək və biz müstəqillik günlərimizi, digər bayramlarımızı ürəkdən qeyd edəcəyik: "Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal günlərini qələbə günləri ilə əvəz edəcəyik. Mən bu gün münasibətilə bütün Azərbaycan xalqını, Ali Baş Komandanımızı, qüdrətli Azərbaycan Ordusunu, bütün əsgərlərimizi təbrik edirəm. Qələbə bizimdir!"
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
