Nida Təhlil
Ermənistan bu əməlinə görə mütləq cavab verəcək - Hüquq müdafiəçisi
“Bu münaqişənin artıq bu həddə gəlib çıxması, mülki insanlarımızın hədəf alınması Ermənistanın acizliyini göstərir. Ermənilər heç cür barışa bilmirlər ki, onlar Azərbaycan torpaqlarını boşaltmalıdırlar, soydaşlarımız isə öz dədə-baba yurdlarına qayıtmalıdır. Onlar bizim qələbələrimizi qəbul edə bilmirlər”.
Bu sözləri Publika.az-a açıqlamasında hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.
O bildirib ki, gücləri döyüş meydanında çatmadığı üçün onlar mülki əhaliyə zərbələr vurmağa başlayıblar: "2 dəfə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni ballistik raketlərlə vurdular. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla xeyli sayda insan həyatını itirdi, onlarla dinc sakin yaralandı. Gəncə Ermənistan ərazisindən raket atəşinə məruz qalıb. Bu günlərdə Kürdəmir, Qəbələ və Siyəzən rayonları da Ermənistanın raket hücumuna məruz qaldı. Bir neçə gün öncə də Xızıya raket atmışdılar. Onlar qəsdən dinc vətəndaşlarımızı, mülki obyektləri hədəf alır.
Bütün bunlar göstərir ki, Ermənistan nəinki normal bir siyasət apara bilmir, hətta o dərəcəyə çatıb ki, bütün beynəlxalq hüquq normalarını tapdalayır. Elə bilir ki, bunlara heç kəs heç nə etməyəcək. Bu, onların son çabalayışları, son çırpıntılarıdır. Ona görə də əllərinə nə fürsət düşürsə, ondan istifadə edirlər. Beynəlxalq hüquq normalarının pozulmasına görə ermənilər cavab verəcək. Haaqa məhkəməsində, bütün dünya ictimaiyyəti, o cümlədən də Azərbaycan vətəndaşları qarşısında bu çirkin əməli törədən Ermənistanın hərbi-siyasi rəhbərliyi mütləq cavab verəcək və öz layiqli cəzalarını alacaqlar".
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
