Nida Təhlil
Ermənistan uşaqları orduya cəlb etməklə bütün beynəlxalq qanunları pozur - Professor
“20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən Uşaq Hüquqları haqqında Konvensiya qəbul edilib. Bu Konvensiyaya görə, həmçinin Konvensiyanın protoklolunda da qeyd edilir ki, uşaqların döyüşlərdə iştirakı, müharibəyə cəlb edilməsi qadağandır. Ancaq Ermənistan ordusu döyüşlərdə uşaqların köməyindən istifadə edir, onları müharibəyə cəlb edib. Bu isə qanunla qadağan edilib”.
Bu sözləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, beynəlxalq hüquq və geosiyasət üzrə ekspert Əfsər Sadıqov deyib.
O qeyd edib ki, uşaqların orduya cəlb edilməsinin yolverilməz olduğu Azərbaycan Respublikasının cinayət qanunvericiliyində əksini tapıb: “Ermənistanda uşaqların döyüşə cəlb edilməsi beynəlxalq hüquqla qadağan edilən bir əməldir. Onlar BMT-nin Konvensiyasını pozurlar. Bu da cinayət məsuliyyəti yaradır. Bu məsələdə Azərbaycan dövləti müvafiq tədbirləri görə bilər. Müharibə cinayəti ilə bağlı tərəfimizdən onlara qarşı cinayət işi açılıb. Digər tərəfdən Uşaq Hüquqları ilə bağlı Komitə var. Həmin komitəyə Azərbaycan tərəfi müraciət edərək bildirməlidir ki, Ermənistan Uşaq Hüquqları üzrə Konvension öhdəlikləri pozub. Bununla bağlı həmin komitədə hesabat təqdim ediləcək və erməni tərəfi bu əməlinə görə cəzalandırılacaq. Əsas mexanizm məhz bundan ibarətdir”.
Ə.Sadıqovun sözlərinə görə, Ermənistan tərəfinin hazırkı addımları həm mənəvi, həm də əxlaqi qaydala söykənmir: “Artıq bunu hamı bilir ki, onlar döyüş aparmağın bütün humanitar aspektini pozurlar. Ermənistanın Azərbaycanın mülki, dinc sakinlərinə qarşı həyata keçirdiyi cinayətlər artıq beynəlxalq aləmə məlumdur. O cümlədən də bu ölkənin uşaqlarla bağlı həyata keçirdiyi tədbirlər onu göstərir ki, Ermənistanın dövlət kimi formalaşmasından danışmaq belə olmaz. Onlar dünyəvi, dini və əxlaqi qaydaları tanımırlar. Ona görə də hesab edirəm ki, bu dövlətin siyasi sistemi, onun başında duran şəxslər birbaşa olaraq həm cinayət əməli törədirlər, həm də insanlıqla bağlı olan bütün normaları pozurlar. Onlarda nə mənəvi, nə də əxlaqi keyfiyyətlər var”.
Akqabay Mıradov
-
Region17:38Türkiyəyə növbəti dəfə PUA düşdü
-
Hadisə17:09Bloqer Tünzalə Sultanovanın ölüm xəbəri yayıldı
-
İqtisadi gündəm16:29Bu şirkətin dövlətə 4,6 milyon manat borcu var
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı



























