Nida Təhlil
Düşmən ölkə yenə də öz vandal siyasətini davam etdirir - Hüquq müdafiəçisi
“Erməni vəhşilərinin Bərdəni kasetli bombalardan raket atəşinə tutması çox üzücü, acınacaqlı bir vəziyyətdir. Düşmən ölkə yenə də öz vandal siyasətini davam etdirir”.
Bu sözləri Publika.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O qeyd edib ki, bütün bunlara baxmayaraq biz müharibə başlayandan ermənilərin mülki vətəndaşlarına heç bir zərər vurmamışıq: “Ancaq onlar bizim dinc sakinlərimizi hədəf alır. Bu gün mən bütün beynəlxalq təşkilatların, büynəlxalq qanunların yox olduğunu, bizim üçün işləmədiyini gördüm. Azərbaycana qarşı bütün dırnaqarası demokratik dövlətlər biganə qalıblar. Biz öz ərazimizdə, vətənimizdə müharibə aparırıq və Ermənistan vətəndaşlarını hədəf almırıq. Halbuki Naxçıvandan İrəvanı darmadağın edə bilərdik”.
Hüquq müdafiəçisinin sözlərinə görə, Bərdə, Gəncə, Tərtər, Ağdam, Ağcabədi və digər şəhərlərimizdə mülki vətəndaşların öldürülməsi faşist, nasist erməni təcavüzünün təzahürüdür: “Ermənilər nasistdirlər. Onların təcavüzünə beynəlxalq qurumlar və aparıcı dövlətlər - “Amnesty International”, Avropa İttifaqı, BMT, ABŞ, Fransa və digər ölkələr biganə qalıblar. Bu gün mən bir şeyi çox yaxşı anladım. Avropanın, beynəlxalq subyektlərin hazırladığı qanunların heç biri bizə qarşı işləmir. O qanunlar ermənilərə üçündür. Bu, mənə çox pis təsir edir. Ermənilər uşaqlarımızı, qadınlarımızı öldürür. Bizə qarşı bu qədər biganəlik olarmı?! Prezident göstərdi ki, mən millətimlə bir yerdəyəm. Azərbaycan xalqı da Ali Baş Komandanın ətrafında sıx birləşib. Bunu heç bir ölkənin Prezidenti deyə bilməz. Bunu təkcə Azərbaycan Prezidenti dedi. Onlar bunu qəbul edə bilmirlər”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
