Nida Təhlil
Əfsər Sadıqov: “Prezident preventiv tədbir gördü ki, biz buna da hazırıq”
“Prezident bu fikri ifadə edərkən Azərbaycanın beynəlxalq hüquqdan doğan mövqeyini də ifadə etdi. Yəni, orada istisna deyil ki, Ermənistanı müdafiə edən dövlətlər həm açıq, həm də gizli formada bunu həyata keçirirlər və burada da şübhəsiz ki, Azərbaycan dövləti öz mövqeyini qorumalıdır. Bu da Azərbaycanın BMT nizamnaməsindən irəli gələn özünümüdafiə hüququdur. Prezident onu deyərəkən həm də özünümüdafiə hüququna istinad etdi. Yəni, bu yolla Azərbaycan dövlət olaraq öz maraqlarını qoruyacaq”.
Publika.az xəbər verir ki, bunu Rusiyanın İnterfaks agentliyinin jurnalistinin Prezident İlham Əliyevə “Cənab Prezident, hər halda belə bir risk varmı ki, Azərbaycan ilə Ermənistan arasında münaqişə genişlənərək daha böyük regional münaqişəyə çevriləcək, ona iri dövlətlər də qoşulacaq” sualına ölkə başçısının “Səmimi desək, bunu tam istisna edə bilmərəm. Lakin öz tərəfimdən deməliyəm ki, biz buna gətirib çıxara biləcək hər hansı hərəkətlər etməyəcəyik” cavabını şərh edən beynəlxalq hüquq və geosiyasət üzrə professor Əfsər Sadıqov deyib.
Ə.Sadıqovun sözlərinə görə, xüsusən də bu gün Azərbaycanın yanında olan dövlətlər artıq ifadə etdilər ki, bizim “qırmızı xətt”imiz var və Azərbaycanın yanında olacağıq: “Bu anlamda hesab edirəm ki, dövlət başçısı bizim beynəlxalq hüquqdan irəli gələn hüququmuza istinad edir. Əslində, həm də o, preventiv tədbir gördü ki, yəni biz buna da hazırıq”.
“O fikri ifadə edərkən hörmətli Rəcəb Tayyib Ərdoğan ortaya birmənalı olaraq mövqe qoydu ki, bu problem artıq uzana bilməz. Xüsusən də Azərbaycan dövlətinin suverenliyi, ərazi bütövlüyü üzərində uzun müddət müxtəlif dövlətlər, həmsədrlər deyiblər, amma bu məsələ heç vaxt həll olunmayıb. Əslində, münaqişə təcavüzkarın xeyrinə davam etməkdə qalıb. O, artıq bunu ifadə etməklə bir daha bildirdi ki, biz bu prosesə getməyəcəyik. Yəni, bu gün Azərbaycanın yanındayıq. Əvvəlcə də ifadə etmişdi ki, biz bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Onun bir daha konkret məzmunu ifadə etdi ki, bu gün Azərbaycan bizdən hansı dəstəyi istəsə, biz ona verəcəyik. Baxmayaraq ki, hələ dəstək verməmişik. O anlamı ifadə edir. “Atamın oğlu olsa da, gözünün yaşına baxmaram” fikrini o anlamda dedi ki, bu gün hansı dövlətlərlə, o cümlədən Rusiya ilə əməkdaşlıqlarımız var, amma Azərbaycan məsələsində hər şeyi kəsib atarıq. Bu məsələ artıq konkret olaraq Azərbaycanın özünümüdafiə hüququnun sonuna kimi realizəsinin həyata keçirilməsidir”, - deyə professor əlavə edib.
Şamo Emin
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)









.jpg)
















.jpg)
.jpg)

