“Paşinyan gələcəkdə həmişə lənətlənəcək”
Bizi izləyin

Nida Təhlil

“Paşinyan gələcəkdə həmişə lənətlənəcək”

“Paşinyan artıq ağlını itirmə səviyyəsindədir. Çünki o, hazır olmayan bir insan kimi hakimiyyətə gəldi və özünə avtoritet qazanmaq üçün atəkəsi pozdu. Onun bu hərəkətlərinin əleyinə vətən müharibəsinə başlayan Azərbaycan Ordusu artıq qələbə nöqtəsini qoymaq üzrədir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri, hüquq elmləri doktoru İsaxan Vəliyev deyib.

Onun sözlərinə görə, beynəlxalq qanunvericilikdə yazılır ki, ancaq 18 yaşı çatmış insanlar hərbi xidmətin subyekti ola bilərlər: “Əgər şəxs 18 yaşa çatmayıbsa, həmin şəxslərin beynəlxalq qanunvericiliyə görə orduya göndərilməsi qadağandır. Bu, həm Cenevrə Konvensiyasında, həm də Avropa Uşaq Hüquqları Haqqında Konvesiyada nəzərdə tutulub. Hansı ki, Ermənistan da, Azərbaycan da o konvensiyanı imzalayıb. Bu konvensiyanın həyata keçirilməsi üçün hər iki dövlət və digər imzalayan dövlətlər də məsuliyyət daşıyırlar. Uşaqların orduya göndərilməsi Ermənistanda elə bir anlama gətirilir ki, guya, bu uşaqdırsa, qarşı tərəf buna atəş açmayacaq, həmin konvensiyaları pozmuş olacaq. Ancaq əminliklə deyə bilərəm ki, belə deyil. Çünki qanunvericilikdə uşaqlar bir aktiv subyekt və obyekt kimi nəzərdən keçirilir. Əgə şəxs artıq hərbi forma geyinibsə, öz ölkəsinin ordusuna xidmət edirsə, qarşı tərəfin ordusuna bu və ya digər silah vasitələrindən istifadə edərək atəş açırsa, o, bizim üçün bir subyektdir. Azərbaycan Ordusu həmin subyektin məhv edilməsi üçün bütün imkanlardan istifadə etməlidir. Bu, beynəlxalq qanunvericiliyə görə, bizim tərəfimizdən cinayət hesab olunmur”.

Ermənistanda tam səfərbərlik elan olunduğunu diqqətə çatdıran İ.Vəliyev bildirib ki, səfərbərliyə cəlb olunan hər kəs getməlidir: “Ancaq 15 yaşında uşaqların hərbi xidmətə göndərilməsi beynəlxalq konvensiyanın tələblərinin pozulması deməkdir. Baxın, bu gün Qarabağda Ermənistan tərəfindən kim vuruşur? Muzdlular, yeniyetmələr, bir də yaşlı insanlar vuruşur. Hətta indi qadınları da müharibəyə hazırlamağa başlayıblar. Bunların hamısı ona görədir ki, artıq Ermənistanda insan resursları bitmək üzrədir. İnsani resursların bitməsi səbəbindən artıq istənilən canlı qüvvəni Paşinyan Qarabağda müharibəyə göndərmək istəyir. Bütün hallarda kimləri müharibəyə göndərməsindən asılı olmayaraq, Paşinyan, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu müharibədə uduzub. Çünki onlar başqasının ərazisini ələ keçirmək üçün müharibə aparıb. Azərbaycan dövləti isə ədalətli mövqe tutduğundan və bütün beynəlxalq konvensiyalara uyğun gəldiyindən bizim müharibəmiz ədalətli müharibədir. Şübhəsiz ki, bu müharibə tarixdə həm Vətən müharibəsi, həm də BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini həyata keçirən müharibə kimi yada qalacaq”.

İ.Vəliyev onu da qeyd edib ki, yeni doğulan uşağa şəhadətnamə verməməklə, atasını Qarabağa kimi döyüşə getməyə məcbur etmək doğru deyil: “Bu, humanitar hüquq normalarının pozulması deməkdir. Bütün hallarda Paşinyan gələcəkdə bir dövlət başçısı kimi həmişə lənətlənəcək. Çünki o, işağlçılıq müharibəsinə rəvac verdi, sülh danışıqlarını dayandırdı və “Qarabağ Ermənistandır” şüarını rəsmi şəkildə təsdiqləmək istədi. Bu isə mümkün olan bir şey deyil. Bundan ötrü Ermənistan xalqı tam qırılsa da belə, Azərbaycan ona imkan verə bilməzdi. Çünki torpaq bizimdir, ədalət bizim tərəfimizdədir”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm