Nida Təhlil
Azərbaycan Ordusu Şuşanı götürməklə... - Əli Abbasov DETALLARI AÇDI
“Döyüş meydanı ilə yanaşı, diplomatik meydanda da fəal danışıqlar gedir. Görünən odur ki, Türkiyə və Rusiya hansısa formada balans yaratmalı olacaq: Rusiya-Ermənistan və Türkiyə-Azərbaycan formatında. Hesab edirəm ki, Türkiyə və Rusiya arasında razılaşma nə qədər tez olsa, bir o qədər yaxşıdır.
Publika.az xəbər verir ki, bunu professor Əli Abbasov Teleqraf.com-a müharibə və diplomatik təmaslar haqqında danışarkən deyib.
Əli Abbasov əlavə edib ki, prosesin əsas hissəsi olan müharibə hazırda dünyanın gözü önündə baş verir, tərəflərin hansının üstün olduğunu hər kəs qəbul edir:

“Ola bilsin ki, tərəflərdən biri məsələnin tez, digəri gec həll edilməsində maraqlıdır. Reallıq odur ki, Azərbaycan hərbi uğurlar əldə edib, 30 ildir mövcud olan status-kvonu faktiki dəyişdirib. 30 ildir ki, Ermənistanın status-kvoya söykənərək çıxış etdiyi arqumentlər darmadağın edilib.
Ehtimal edirəm ki, bəzi məntəqələri, o cümlədən Şuşanı götürsək, vəziyyət kökündən dəyişəcək. Gördüyünüz kimi erməni tərəfi də oranı əldən vermək istəmir. Şuşa onlar üçün vacibdir, çünki Azərbaycan oranı tutsa, vəziyyət ikinci dəfə dəyişəcək. Onlar hətta Şuşanı saxlamaq üçün Xocavəndi də qurban verməyə hazır olarlar. Amma Şuşa siyasi rəmz kimi çox əhəmiyyətlidir.
Azərbaycan Ordusu Şuşanı götürməklə müharibənin belini qırmış olur. Bizimkilər də bu mübarizədə Şuşanın nə dərəcədə əhəmiyyətli faktor olduğunu başa düşürlər və sona qədər gedəcəklər”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
