Nida Təhlil
Bu, Ermənistanın təzminat ödəmək məsuliyyətindən azad etmir - DEPUTAT
“Bu gün daha çox müzakirə edilən məsələlərdən biri olan - Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə beynəlxalq məhkəmə yolu ilə kompensasiyanın ödənilməsinin tələb edilməsinə gəldikdə qeyd etmək istərdik ki, dünya təcrübəsində oxşar nümunələr var. 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib. Dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa da belə bu, milyard dollarlar ilə ölçülür”.
Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, Birinci və İkinci Dünya Müharibələrindən sonra dəymiş ziyana görə təzminatların ödənilməsi faktları qeydə alınıb: “Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52,4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48,7 milyard dollarının ödənilməsinə artıq nail olunub. Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir. Daha məqsədəuyğun olardı ki, dəymiş ziyanın qiymətləndirilməsinə BMT ekspertləri də cəlb olunsun. Bu beynəlxalq məhkəmə prosesində mövqeyimizi daha da gücləndirər”.
V.Bayramovun sözlərinə görə, beynəlxalq praktika göstərir ki, son dövrlər belə kompensasiyanın ödənilməsi ilə bağlı verilən məhkəmə qərarlarının çoxu fərdi müraciətlər əsasında reallaşıb: “Bu, o deməkdir ki, 30 illik işğal nəticəsində əmlakı, təsərrüfatı Ermənistan silahlı qüvəlləri tərəfindən məhv edilən ölkə vətəndaşlarımızın da Avropa Məhkəməsinə müraciət etmək hüququ var. Qeyd edək ki, kompensasiyanın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra, hətta kasıb ölkələr belə o vəsaiti tam və ya qismən ödəyiblər. Bu baxımdan, Ermənistanın kasıb olması onu işğal nəticəsində vurduğu ziyana görə kompensasiya ödəmək məsuliyyətindən azad etmir”.
Akqabay
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul28 Noyabr 19:36İlon Maskın sərvəti kəskin artdı














.jpg)












.jpg)









