Nida Təhlil
Paris merinin ermənipərəst mövqeyinin ƏSL SƏBƏBİ...
Xəbər verdiyimiz kimi, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı isə şübhə doğurmur. Parisin meri Ann İdalqo həmişə qatı ermənipərəst mövqeyi ilə tanınıb.
Publika.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov hesab edir ki, Ann İdalqonun erməni lobbisinin tam nəzarətində olduğu da mümkündür: “Paris meriyasının bu addımı gözlənilən idi. Fransa uzun illər ərzində ermənipərəst məvqe nümayiş etdirib. Məsələn, Jak Şirakın prezidentliyi dövründə (1995-2007 - red.) daha çox neytral mövqe sərgilənsə də, sonrakı dövrlərdə artıq ermənipərəst mövqe Fransada daha çox gündəmdə olub. Eynilə bu, İkinci Qarabağ müharibəsi dövründə həm Makronun çıxışlarında, həm də digər Fransa rəsmilərinin təzadlı açıqlamalarında müşahidə edildi. İlk növbədə məqsəd Fransa hökumətində, rəsmi dairələrində müəyyən təsir dairəsi olan ermənilərin bir növ istəklərini təmin etməkdir. Erməni diasporu Fransada çox güclüdür. Erməni icması da oradadır”.
E.Zahidov qeyd edib ki, prezident Makron başda olmaqla, Fransa rəsmiləri oradakı erməni icmasının rəğbətini qazanmağa çalışır: “Rəsmilər arasında elələri də var ki, erməni diasporundan əldə etdikləri ianələr hesabına bu cür ziddiyyətli açıqlamalar verirlər. Biz bunu dəfələrlə ABŞ senatorlarının da simasında görmüşük. Onlar erməni diasporu ilə sıx əlaqədə olduqları üçün və müəyyən məbləğ qarşılığında belə bir mövqe sərgiləyiblər. Düşünürəm ki, erməni icması da Fransada rəsmiləri satın almağa nail ola bilib. Digər bir məqam erməni icmasının mövcudluğudur. Fransa üçün o icmanın rəğbətini qazanmaq əsas faktor hesab olunur”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
