Nida Təhlil
Onları qıcıqlandıran ermənilərin uduzmasıdır - Politoloq
“Paris merinin şəhərlə bağlı kifayət qədər problemləri var. Kommunal xidmətlər, sosial, nəqliyyat və ekologiya problemləri baş alıb gedir. Anna İdalqo kimdir ki, qondarma “Dağlıq Qarabağ” qurumunu tanımaq təklifi ilə çıxış etsin. O, ilk növbədə meri olduğu şəhərin problemlərini həll etsin”.
Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov belə deyib.
O bildirib ki, Paris merinin bəyanatı onun zəngin erməni dairələrinə xidmət etdiyini göstərir: “Əvvəla, belə bir qurum yoxdur. Onu artıq biz dağıtmışıq o qondarma respublikadan əsər-əlamət yoxdur, olmayacaq da. Olmadığı halda, mer kimi və hansı qurumu tanıyacaq?! Onun tanımaq istədiyi qurum kimlərdən ibarətdir ki, onu da tanısınlar. Bu, çox gülünc bəyanatdır. Anna İdalqo siyasi fiqur deyil. O getsin Parisin problemləri və şəhərin çatışmayan cəhətləri ilə məşğul olsun. Bu cür primitiv, həqiqətə uyğun olmayan təkliflərlə çıxış etmək sadəcə özünüifşa deməkdir. Əgər o, bundan sonra da özünü dünya birliyi qarşısında bu formada ifşa etmək istəyirsə, qoy etsin. Düşünmürəm ki, bu bizi maraqlandırmalıdır. Çünki Paris meri bizim üçün heç kimdir. Belə bir təklifin həyata keçirilməsi isə real görünmür. Bilinir ki, onu erməni lobbisi maliyyələşdirir”.
Politoloq qeyd edib ki, həmsədrlər öz ölkələrini təmsil edərək qərəzsiz, obyektiv və beynəlxalq hüquq normalarına uyğun mövqe nümayiş etdirməlidirlər: “O ölkələrin mövqeyi neytral olmalıdır, heç kəsin tərəfini saxlamamalıdır. Onlara bunu izah etmək lazımdır, qoy yaxşı dərk etsinlər ki, beynəlxalq hüquq normalarına əsaslanaraq mövqe nümayiş etdirmək lazımdır. Digər həmsədr ölkələr kimi rəsmi Paris də sağlam düşüncəli mövqe nümayiş etdirməlidir. Son zamanlar digər Fransa rəsmiləri də reallıqdan uzaq bəyanatlarla çıxış edirlər. Onları qıcıqlandıran isə ermənilərin uduzması, məğlubiyyətə düçar olmasıdır”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
