Nida Təhlil
Bəhruz Quliyev: “Fransa Senatı erməni lobbistlərinin əlində oyuncağa çevrilib”
Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına rəğmən, açıq-aşkar işğalçıya, işğalçının cinayət əməllərinə haqq qazandırması artıq bütün çılpaqlığı ilə özünü nümayiş etdirdi. Lakin qeyd olunanla yanaşı, Fransa Senatının qondarma “DQR”in tanınması üçün hökumətə qətnamə təqdim etməsi faktı onu da sübut edir ki, bu ölkə Minsk qrupunun həmsədr seçildiyi gündən birtərəfli, riyakar mövqe ortaya qoyub və əlbəttə ki, belə bir halın mövcudluğu özünü Avropanın “haqq-ədalət beşiyi” hesab edən ölkə üçün böyük rəzalət və rüsvayçılıq, eləcə də, imzasına göstərdiyi hörmətsizlikdir”.
Publika.az xəbər verir ki, bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, bu məsələdə Azərbaycanla yanaşı Türkiyənin də hədəfə alınması cəhdi digər bir sıra məqamları üzə çıxarmış olur: “Bildiyimiz kimi, artıq Azərbaycan tərəfinin bu olaya rəsmi və yerində verdiyi cavab Fransa tərəfinə çatdırılıb. Vurğulanıb ki, sözügedən qətnamə bizim üçün sadəcə kağız parçasıdır və ondan başqa heç nə deyil. Təbii ki, hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə dövləti üçün də həmin məsələ heç bir əhəmiyyət kəsb etmir. Biz unutmamalıyıq ki, qondarma, saxtalaşdırılmış tarix əsasında qəbul edilmiş “erməni soyqırımı” məsələsi də illər əvvəl Fransada dövlət səviyyəsində tanınmışdı və bu tanınma əslində həmin ölkəyə heç bir siyasi, eləcə də digər dividentlər gətirmədi. Çünki saxtakarlıq elə saxtakarlıq olaraq da qalır, ədalət, haqlılıq heç vaxt saxtakarlığın ayaq açıb-yürüməsinə imkan vermir”. “Həmçinin, biabır olan tərəf yenə də Fransa olur”, deyə qeyd edən siyasi ekspert daha bir faktora toxunub: “Əlbəttə ki, daha bir amil Fransada durmadan artan islamafob düşüncə tərzinin dövlət siyasəti ilə paralellik təşkil etməsidir. Əslində, Fransada müsəlmanlara qarşı diskriminasiya hallarının get-gedə artması, radikal dini terrorçuluqla mübarizə adı altında terrorçulara heç bir aidiyyatı olmayan müsəlmanları təqiblərə məruz qoyması, məscidlərə edilən hücumlar - bunların hər biri adıçəkilən ölkənin qeyri-rəsmi radikal xristian klubunun aparıcı tərəfi olduğunu kifayət qədər isbatlamış olur. İndi Fransa izah etməlidir ki, bu ölkənin dövlət siyasətinin tərkib hissəsinə çevrilmiş qeyri-demokratiya təzahürləri, dini, irqi və s. ayrıseçkilikləri əsasında daha hansı maraqları dayanır? Yaxud, tarixi dövlətçilik xüsusiyyətləri olan Fransa bu qədərmi aciz, çarəsiz bir ölkədir ki, bir qrup erməni lobbistlərinin əlində oyuncağa çevrilib? Çünki sözügedən addımı başqa cür izah etmək olmur”. Baş redaktor vurğulayıb ki, əslində Fransa yaxşı olardı ki, öz daxilində mövcud olan çoxsaylı separatçılıq meylləri ilə məşğul olsun, yaşadığı problemlərini həll etsin: “Emmanuel Makron utanmadan, sözün əsl mənasında riyakarlıq nümayiş etdirməklə dövlət başçımıza telefon zəngi açarkən düşünməli idi ki, o hansı addıma gedir və nə qədər səhv mövqe nümayiş etdirir. O anlamalıydı ki, özü də daxil olmaqla ölkəsindəki ermənipərəsət siyasətçilər nə qədər belə yanlış siyasi addımlara getsələr, bir o qədər də çətin anlar yaşamalı olacaqlar. Çünki qəbul edilən qətnamənin arxa planında yalnız ədalətsiz qərar dayanmır, həm də Qarabağ müharibəsinin yenidən başlanması üçün cəhdlər, zəminlər də görünür. Söz yox ki, biz buna imkan vermərik. O cümlədən, hazırda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Rusiya münaqişənin ədalətli həlli üçün, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün normal fəaliyyətini ortaya qoydu və bu məsələdə Türkiyə həmsədr olmasa da, Minsk qrupunun üzv ölkəsi kimi əzm nümayiş etdirdi və etdirməkdədir. Belə olan halda, Fransanın bu qrupda qalması artıq heç cür mümkün görünmür. Çünki onlar bütün körpüləri yandırdılar”.
“Düzdür, Fransanın xarici işlər nazirliyi Senatın qətnaməsinə qarşı mənfi rəy göstərdi və qeyd etdi ki, Senatın bu qərarı birtərəfli qəbul etməsi nə Ermənistana, nə Qarabağda yaşıyan əhaliyə, nə də Fransanın özünə heç bir fayda vermir. Amma belə bir söz deyiləcəkdisə, bu cür bəyanat səslənəcəkdisə, onda Fransanın ali hakimiyyəti əvvəlcədən Senatın həmin cəhdinin qarşısını almalı idi”, deyən Bəhruz Quliyev sonda vurğulayıb ki, qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bu məsələdə uduzan tərəf birmənalı olaraq Fransadır: “Çünki bundan sonra həm rəsmi Bakı, həm rəsmi Ankara, həm də rəsmi Moskva münaqişənin tənzimlənməsi, ədalətli həll olunması istiqamətində uğurlu işlərini davam etdirmələri ilə yanaşı, bu işə xətər vurmaq istəyən Fransa ilə münasibətlərinə də yenidən baxmaq imkanını əldə edəcəklər. Bax, onda Fransanın nəinki Cənubi Qafqaza, ümumiyyətlə, bu regionun artan iqtisadi və s. sferalarına yolları bağlanmış olacaq. Hesab edirəm ki, qətnaməni qəbul edən tərəflər – senatırlar və erməni lobbisinin siyasi korrupsiyasına bulaşmış siyasətçiləri nə qədər ki, gec deyil sözügedən bədnam qətnaməni geri çağırmalı və səhvini etiraf etməlidir”.
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır