Nida Təhlil
Ordu quruculuğunda həyata keçirilmiş hər bir islahat Azərbaycanın hərbi qüdrətini daha da gücləndirdi - ŞƏRH
Ərazilərimiz işğal olunmuşdu, biz gec-tez bu işğala son qoymalı idik. Odur ki, Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan boş durmadı. Ordunun gücləndirilməsi ilə yanaşı müasir silahların alınması istiqamətində işlər davam etdirildi. Təbii ki, bu illər ərzində həm iqtisadiyyatımızı gücləndirir, həm təhlükəsizlik üçün lazım olan infrastrukları bərpa edir və inkişaf etdirirdik.
Bu sözləri Publika.az-a açıqlamasında BDU-nun Geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov deyib.
.jpg)
“Əlbəttə istərdik ki, heç bir itki vermədən danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsini həll edək. Amma danışıqlar masasında həm Ermənistan, həm də həmsədr dövlətləri hər dəfə bir bəhanə gətirirdilər, destruktiv mövqe tuturdular. Bu səbəbdən də danışıqlar istənilən nəticəni vermirdi. Cənab Prezident dəfələrlə çıxışlarında qeyd etmişdi ki, Azərbaycan Ordusu hər an döyüşə hazır vəziyyətdədir.
Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub. 44 günlük müharibənin də qələbə ilə başa çatmasının ən başlıca amili Azərbaycanın hərbi gücü idi. Hər il hərbiyə dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılırdı.
Müharibə prosesi bir daha göstərdi ki, İlham Əliyev düzgün addımlar atır və nəticələrinə də şahid olduq. Eyni zamanda əsgər və zabitlərimizin hazırlıq işləri uğurla həyata keçirilirdi. Vacib döyüş ixtisaslarında peşəkar hərbi qulluqçulara üstünlük verilməsi, təcrübəli gənclərin yenidən hərbi qulluğa cəlb edilməsi nəticə etibarilə ordunun döyüş qabiliyyətinin güclənməsinə təkan verdi. Bütün bu tədbirlərin nəticəsində gördük ki, hərbiyə ayrılmış maliyyə hədər deyil. Bir sözlə, ordu quruculuğunda həyata keçirilmiş hər bir islahat Azərbaycanın hərbi qüdrətini daha da gücləndirdi”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
