Nida Təhlil
Zəngəzurda atışma?! – Ermənilərə 10 saat vaxt verildi/VİDEO
Video əlavə olunub.
xxx
Ermənistan mediası Azərbaycan Ordusunun ermənilərə bəzi kəndləri boşaltmağı tələb etdiyini yazır.
Publika.az xəbər verir ki, Ordumuz Zəngilan rayonunun Qafqan rayonu ilə yerləşən Ağkənd və Qazançı kəndində yerləşən erməni hərbi birləşlərinə ərazini tərk etmələrini tələb edib.
Bununla yanaşı, Azərbaycan hərbçiləri erməni silahlı birləşmələrinin Əkərək (ermənilər Aqarak deyir) kəndini tərk etməsi üçün səsucaldan vasitəsilə xəbərdarlıq edib;
Ümumilikdə ermənilərə kəndləri boşaltması üçün 10 saat vaxt verilib.
Erməni teleqram kanalları Azərbaycan Ordusu ilə erməni hərbi birləşmələri arasında yarım saat atışmanın olduğunu iddia edirlər.
Lakin Sünik (Zəngəzur) qubernatoru Melikset Poqosyan atışma iddiasını təkzib edib.
“Heç bir atışma olmayıb. Azərbaycan hərbçiləri səsucaldanlar vasitəsilə erməni tərəfinə əvvəlki mövqelərinə geri çəkilməyi tələb etdilər”, - o deyib.
Nə baş verir?
Ermənistan işğal dövründə bir sıra ərazilərdə olduğu kimi Qubadlı və Zəngilan istiqamətində dövlət sərhədini qanunsuz olaraq dəyişdirib. Adıçəkilən ərazilər Azərbaycanın BMT tərəfindən tanınmış dövlət sərhədi tərkibindədir.
Ordumuz dövlət sərhədinin bərpa edilməsi istiqamətində addımlar atır.
Asif
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)









.jpg)
















.jpg)
.jpg)

