Nida Təhlil
Bu, vətəndaşlarımızın Prezidentin daim diqqətində olduğunun göstəricisidir - ŞƏRH
“Prezident İlham Əliyevin sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin mülki əhalinin məskunlaşdığı yaşayış ərazilərimizə təcavüzü nəticəsində dinc sakinlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalaması çox humanist addımdır”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni deyib.
O bildirib ki, bu sərəncam həm də erməni vandallarının hücumundan əziyyət çəkən vətəndaşlarımızın ölkə rəhbərinin daim diqqətində olduğunun göstəricisidir: “Evləri dağıdılan, erməni vandallarının evlərinə ziyan vurduğu həmin vətəndaşlarımız dövlət qayğısı ilə əhatə olunacaq. Müharibə zamanı mülki əhaliyə dəyən ziyan Prezidentin diqqəti və qayğısı nəticəsində aradan qaldırılacaq. Bu, ölkə əhalisi və vətəndaş cəmiyyəti tərəfindən çox yüksək qiymətləndirilir. Şübhəsiz ki, sərəncamın icrası da yüksək səviyyədə təmin olunacaq.
Heç bir vətəndaş ölkə Prezidentinin diqqətindən kənarda qalmayıb və qalmayacaq. Ölkə başçısının bu cür qayğısını biz bütün zamanlarda hiss etmişik. Təbii fəlakətlərdə, zəlzələ baş verəndə, ermənilərin əvvəlki illərdə etdiyi hücum zamanı dağılmış evlərin bərpası zamanı da hiss etmişik. Müharibə dövründə ölkə başçısı dəfələrlə vurğulayıb ki, vətəndaşın evinə zərbə dəyib, dağılıb, amma həmişə irəli, dayanmaq olmaz, deyib. İndi isə Prezident o vətəndaşın evini düşünür. Heç bir günahı olmadan mülki əhali kimi erməni vandalları onun evinə zərbələr vurub ki, arxa cəbhə sarsılsın. Ancaq xalqımız mərdlik nümayiş etdirdi. Bu əməli törədən ermənilərin beynəlxalq məhkəmələr qarşısında cəzasının verilməsinin zamanıdır. Bütün dəyən ziyan hesablanaraq qanunlar çərçivəsində düşmən tərəfdən tələb olunacaq”.
Akqabay Mıradov
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


