Nida Təhlil
ABŞ o sanksiyalarla Rusiyanı vurmağa çalışır - Arzu Nağıyev
“Türkiyənin regional və beynəlxalq nüfuzunun artması bir sıra dairələri çox narahat edir. Sanksiyaların verilməsi də gözlənilən məsələ idi. İlk dəfə Rusiyadan S-400 raketlərinin alınması məsələsi ortaya çıxanda bu problemlər yaşanmaqda idi. ABŞ və digər dövlətləri narahat edən əsas məsələ Rusiya və Türkiyənin yaxınlaşmasıdır”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili, politoloq Arzu Nağıyev deyib. O bildirib ki, həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən müəyyən yaxınlığın olması ABŞ və digər dövlətləri narahat etməyə başlayıb:
“Burada dolayı yolla məhz Rusiya hərbi sənaye kompleksinin vurulmasından söhbət gedir. Məlumdur ki, ABŞ öz partnyoru olan NATO blokunda təmsil olunan Türkiyədən “Patriot” raketlərini almağı tələb etmişdi. Məhz buna görə də Türkiyə Rusiyadan S-400 raket komplekslərinin alınmasını nəzərdə tutan müqavilə imzaladı.
Amerika Türkiyə vasitəsilə Rusiyaya qarşı o sanksiyaları tətbiq etməyə çalışır. Türkiyə imtina edərsə, avtomatik olaraq Rusiyanın hərbi sənaye kompleksinə ziyan gələ bilər. Düşünmürəm ki, Türkiyə bu sanksiyalardan hansısa ziyan görsün. Sanksiyalar əsasən bir neçə rəhbər işçiyə - birbaşa bu raketlərin alınması ilə əlaqədar Türkiyənin hərbi sənaye kompleksinin rəhbərləyinə daha çox yönəlib. Sanksiyaların hər hansı ciddi fəsadlar verməsi inandırıcı görünmür. Burada söhbət Türkiyə vasitəsilə Rusiyaya ciddi maliyyə zərbəsinin vurulmasından gedir. Çünki Türkiyənin hərbi sənaye kompleksi çox ciddi inkişaf edib. Son vaxtlar Ukrayna və digər dövlətlər də artıq birgə hərbi silahların istehsalı ilə bağlı müqavilələr imzalayıb”.
Politoloq qeyd edib ki, bu məsələdə Azərbaycanın Türkiyəyə qarşı mövqeyi dəyişməz olaraq qalır:
“Azərbaycan Türkiyəni birmənalı şəkildə dəstəkləyir, strateji partnyorluqdan da əlavə olaraq bir millət, iki dövlət prinsipindən çıxış edir. Ümumi maraqlarımız həm regionda, həm də beynəlxalq səviyyədə çox ciddi dostluq əlaqələrinə çevrilib”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
