Nida Təhlil
“Nizami Gəncəvi İli” Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfədir - Deputat
“Azərbaycan min illər boyu dünyaya mədəni nümunələr, mənəvi dəyərlər bəxş etmiş bir ölkədir. Xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustaları Nəsiminin, Nizaminin, Füzulinin irsinin, yaradıcılığının bəşər bədii nümunələrinin ön cərgəsində yer tutması, bu gün də aktuallığını qoruyub saxlaması buna nümunədir.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə ölkə başçısının sərəncamına əsasən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, Prezidentin qərarı heç də təsadüfi deyil:
“Dövlət başçımızın sərəncamları ilə mütəmadi olaraq Azərbaycanda mənəvi dəyərlərin qorunması, dünyada təbliğ edilməsi ilə bağlı, eyni zamanda beynəlxalq mədəni aləmə, dünyaya töhfələr verən tədbirlər həyata keçirilir. Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı imzalanan sərəncam 2021-ci ildə ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirən, yüksəkliklərə qaldıran Nizami Gəncəvi irsinin tədqiqinə və dünyada təbliğinə yeni çalarlar gətirəcək”.
Pərvin Kərimzadənin fikrincə, qüdrətli söz ustasının 880 illik yubiley mərasimlərinin dövlət səviyyəsində keçirilməsi ölkəmizin mədəni həyatının əlamətdar hadisəsinə çevriləcək: “Dahi şairin adı ilə qoşa çəkilən qədim Gəncə şəhəri isə dünya, bəşər mədəniyyətinin, ictimaiyyətinin diqqət mərkəzində olacaq. “Nizami Gəncəvi İli” çərçivəsində dünya şöhrətli şairin yubileyi ilə bağlı keçiriləcək tədbirlər əhəmiyyətli beynəlxalq əməkdaşlıq platformaları formalaşdıracaq, diqqəti mütəfəkkir şairin doğma şəhərinə, ömrü boyu ordan kənara çıxmadığı şəhərə yönəldəcək. O şəhərə ki, yola saldığımız 2020-ci ilin oktyabr ayında erməni vandalları tərəfindən dəfələrlə dünyada qadağan olunan raketlərlə atəşə tutuldu. Münaqişə zonasından kilometrlə uzaqda yerləşən Gəncədə dinc insanlar qətlə yetirildi, evlər yerlə-yeksan edildi, körpələr atasız-anasız qaldı”.
Deputat onu da vurğulayıb ki, ölməz əsərləri əsrlərdir insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət edən Nizami Gəncəvi yaradıcılığının işığına toplaşan hər kəs 44 günlük müharibə zamanı erməni terrorunun qurbanına çevrilən Gəncədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin şahidi olacaq: “Bu da Azərbaycan həqiqətlərinin bir daha dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ermənilər tərəfindən üzləşdiyi təcavüzkarlıq siyasətinin ifşası, dünya miqyasında yayılması istiqamətində atılan addımlara töhfə kimi tariximizə yazılacaq”.
Tural Turan
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Nida Xəbər 15 İyul 22:32Milli Məclis təsdiqlədi - Bu dövlət rüsumu 50 manat oldu
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika15 İyul 16:02İlham Əliyev sərəncam imzaladı







































