Nida Təhlil
Bu, regionda sabitliyin davamlı olması istiqamətində atılan növbəti addımdır - ŞƏRH
“Yanvarın 11-də Moskvada baş tutan üçtərəfli görüş əslində iki aydır davam edən post-müharibə dövründə əldə edilən nəticələrin bir növ hesabatı və bundan sonrakı fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi idi. Ancaq əlbəttə, bu görüşün olduqca ciddi strateji əhəmiyyəti var”.
Bu sözləri Publika.az-a danışan millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bu, həm 10 noyabr tarixində imzalanmış 9 maddədən ibarət sənəddə əksini tapan strateji prinsiplərin bir daha təsdiq və qəbul edilməsi, həm də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizlik məsələlərinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım idi: “Nəzərə alsaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat əslində Ermənistanın kapitulyasiya aktına imza atması idi, o zaman yeni imzalanmış 4 maddədən ibarət bəyanatı da elə bu prosesin davamı kimi qiymətləndirə bilərik. Daha dəqiq desək, 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı. Bəyanatda qeyd olunan əsas məsələlər yol-nəqliyyat infrastrukturunun bərpa edilməsinə aiddir və doğrudan da hazırkı mərhələdə bu, olduqca prioritet məsələdir. Çünki regionun nəqliyyat və iqtisadi əlaqələrinin pozulması və bunun 30 ildən çox davam etməsi regional inteqrasiya və iqtisadi inkişafa çox böyük zərbə idi. Əslində hazırkı tarixi mərhələdə iqtisadi inkişafın gətirəcəyi rifah regionda sülh və sabitliyin də davamlı olması üçün başlıca faktorlardan biridir”.
H.Babaoğlunun sözlərinə görə, ona görə də bəyanatda növbəti mərhələ üçün konkret icraedici strukturun yaradılması və onun fəaliyyət istiqamətlərinin və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi önümüzdəki mərhəldə regionun nəqliyyat kommunikasiya infrastrukturunun tezliklə bərpa ediləcəyindən xəbər verir: “Ən əsas məsələlərdən biri isə Azərbaycanı Naxçıvanla birləşdirən dəmiryolu və avtomobil yolunun təmin edilməsidir. Bu, olduqca vacib kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir. Görüşdə önə çıxan əsas məsələlərdən biri də Ermənistan baş nazirinin problemin hələ nizamlanmaması haqqında səsləndirdiyi sərsəm fikirlərin ciddiyə alınmaması və heç bir yazılı sənədə daxil edilməməsi oldu. Azərbaycan Prezidenti isə artıq münaqişənin keçmişdə qaldığını bildirməklə bir daha bu mövzunun spekulyasiya mövzusuna çevrilməsi cəhdinə son qoydu. Bütövlükdə isə imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir”.
Akqabay Mıradov
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi





































.jpg)


