Nida Təhlil
Onlar bu günün reallıqları ilə barışa bilmirlər – Deputat
“Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə 44 günlük müharibə dövründə və ondan əvvəl ölkəmizdə bütün siyasi partiyaların iqtidarın təşəbbüsünə cavab verərək siyasi dialoqda iştirak etdiyini bildirərək, anti-milli ünsürlərin anti-dövlət fəaliyyətinə də münasibətini ifadə etdi. Hamıya məlumdur ki, anti-milli şurada təmsil olunanlar vaxtilə torpaqlarımızın işğalına şərait yaratmışdılar. Məhz onların hakimiyyəti dövründə başları kreslo davasına qarışdığından ölkədə xaos yaranmışdı”.
Publika.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov ölkə başçısı İlham Əliyevin sonuncu müşavirədə radikal müxalifətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, cəbhədəki qoşunları müharibə bölgəsindən gətirərək özlərinin hakimiyyət davasına çəkmələri, Şuşa, Laçın, Xocalı və Kəlbəcərin müqavimətsiz şəkildə ermənilərin əlinə keçməsinə imkan yaratdı:
“Özləri də müharibədən qaçmışdı, o zamankı ölkə rəhbəri vətəndaş qarşıdurması yaradaraq Kələkidə gizlənmişdi. İndi isə Prezident İlham Əliyevin bu illər ərzində apardığı siyasi kursuna kölgə saldırmaq, Vətən müharibəsi dövründə düşmən dəyirmanına su tökmək və tarixi qələbənin imzalanmasından sonra ermənilərə xas ittihamlarla çıxışlar etməyi özlərinə vəzifə ediblər. Son 30 ildə dünya dəyişib, ölkəmiz inkişaf edib, güclənib, müzəffər ordumuzun qəhrəmanlığı ilə torpaqlarımız işğaldan azad olunub və artıq həmin ərazilərdə yenidənqurma və bərpa işləri aparılır”.
Millət vəkilinin sözlərinə görə, çox təəssüf ki, bu anti-milli şurada təmsil olunanlar inkişaf etməyib, öz havadarlarına xidmət etmək missiyasından əl çəkməyib və bu günün reallıqları ilə barışa bilməyiblər:
“Bunlara baxmayaraq, ölkəmizdə demək olar ki, bütün siyasi qüvvələr və xalq ölkəmizin düşmən üzərindəki tarixi qələbəsinə sevinir və işğaldan azad olunmuş ərazilərə həyatın qayıtmasını, yerdə qalan problemlərin ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunmasını və regiona davamlı sülhün və sabitliyin gəlişini arzulayırlar”.
Tural Turan
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)









.jpg)
















.jpg)
.jpg)

