Nida Təhlil
Onlar Azərbaycan xalqının gözündə ən xəyanətkar ünsürlərdir – Deputat
“44 gün davam edən Vətən müharibəsindən sonra Azərbaycan qalib tərəf oldu. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan torpaqları 30 il bundan əvvəl AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlmək uğrunda apardığı mübarizə nəticəsində işğala məruz qaldı. Həmin ərəfədə Ermənistan Azərbaycanın daxilindəki hərc-mərclikdən yararlanaraq torpaqlarımızın bir hissəsini işğal etdi. Bundan sonra onların hakimiyyətdə olduqları bir ilin içərisində daxildəki xəyanət, eləcə də həmin siyasi cütlüyün xalqımıza qarşı xəyanəti nəticəsində növbəti işğalların əsası qoyuldu”.
Bunu Publika.az-a millət vəkili Cavid Osmanov ölkə başçısı İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə radikal müxalifətlə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. Millət vəkili bildirib ki, həmin dövrün iqtidarı olan AXC-Müsavat cütlüyü Azərbaycan əsgər və zabitlərini girov götürürdü:
“Onlardan öz şəxsi mənafeləri üçün istifadə edirdilər. Vətəndaş qarşıdurması yaratmışdılar. Ayrı-ayrı hərbi hissəciklər yaratmışdılar və onlardan öz məkrli niyyətləri üçün istifadə olunurdu. İşğalçı Ermənistan isə o zamankı hakimiyyətin boşluğundan, xəyanətindən istifadə edərək Azərbaycan torpaqlarını işğal etdi. O zaman onlar ölkədə müharibə getdiyi ərəfədə fərarilik də edirdilər, həmin dövrdə ölkənin ali baş komandanı olan şəxs qaçıb Naxçıvanda hansısa kənddə oturmuşdu. Hətta özləri, elə bugünkü AXCP sədri Əli Kərimli Elçibəyi devirib özü prezident olmaq istəyirdi. Daxildəki bu hərc-mərclik Ermənistan üçün əlverişli şərait yaradırdı”.
C.Osmanov qeyd edib ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusu Ermənistanı darmadağın edərək işğal altındakı torpaqlarımızı tamamilə azad edib:
“Amma çox təəssüf ki, sapı özümüzdən olanların xəyanəti yenə də davam edir. Halbuki həmin ərazilər onların hakimiyyəti dönəmində səriştəsizlikləri ucbatından işğal olunmuşdu. O vaxt olduğu kimi indi də anti-milli şurada təmsil olunanlar erməni lobbisinin təsirinə düşərək Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Əlbəttə ki, onların gözü bizim uğurlarımızı götürmür. Müzəffər Ali Baş Komandanımızın ətrafında birləşən xalqımızı parçalamağa çalışırlar. Amma buna heç zaman nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqı onların xəyanətini 90-cı illərin əvvəllərində də görüb, bu gün də görür. Xalqımız görür ki, onlar Azərbaycana qarşı çirkin kampaniya aparır”.
Deputatın sözlərinə görə, Milli Şura üzvləri Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilmir: “Onların gözü yeni reallıqları götürmür. Xaricdəki mənşəyi məlum olmayan müəyyən dairələr isə bunların vasitəsi ilə xalqımızın birliyini sarsıtmağa çalışırlar. Ölkəmizin qüdrətinə kölgə salmaq istəyirlər. Amma xalqımız cənab Prezidentin və ordumuzun ətrafında sıx birləşib. Bu birlik dəmir yumruğa çevrilib. Həmin dəmir yumruq günü-gündən daha da möhkəmlənir. Ölkəmiz bu birliklə daha da qüdrətlənəcək. Azərbaycan xalqı onları tarixin zibilliyinə atıb. Azərbaycan xalqının gözündə onlar ən xəyanətkar ünsürlərdir”.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO