• USD 1,7000 0,00% EUR 2,0657 -0,14%
    • GBP 2,4076 +0,61% RUB 0,0229 0,00%

Bu, ölkəmizin xarici valyutadan asılılığını aradan qaldırır - Deputat

Bu, ölkəmizin xarici valyutadan asılılığını aradan qaldırır - Deputat

“Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbəni qeyri-neft sektorunu uğurla inkişaf etdirməklə möhkəmləndirir. Çünki iqtisadiyyatı gücləndirmədən gələcək uğurlardan danışmaq olmaz. Cənab İlham Əliyevin iqtisadi siyasətinin təməlində qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas prinsipdir. Ona görə də iqtisadiyyatın şaxələndirilməsi prinsipi əsas götürülərək qeyri-neft sektorunda uğurlar əldə edilməkdədir”.

Bu fikirləri Publika.az-a danışan millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, 2020-ci il dünya iqtisadiyyatı üçün çətin il olsa da ölkəmiz bu dövrü az itkilərlə başa vurmağa nail olub: “2020-ci ildə iqtisadiyyatımız cəmi 4,3% tənəzzülə uğrasa da, ölkəmizin qeyri-neft sənayəsində 12,5% artım olub, dövlətin valyuta ehtiyatları cüzi də olsa artıb. Sənaye sektorunda əldə olunmuş artım onu deməyimizə imkan verir ki, ölkəmizdə sürətli sənayeləşmə gedir. 18 yanvarda Prezident İlham Əliyev Sumqayıt Kima Sənaye Parkında iki yeni müəssisənin təməlini qoydu, bir müəsisənin açılışını etdi. Təbii ki, bu müəssisələrin yaradılması yeni iş yerlərinin açılması, ölkənin daxili tələbatının ödənilməsi və ixrac yönümlü məhsulların istehsalı deməkdir.

Təməli qoyulmuş sulfat turşusu istehsalı müəsəsi ildə 20 min ton sulfat turşusu istehsal etməklə ölkənin daxili təlabatına olan 5-10 min ton tələbi ödəyəcək. Eyni zamanda, qonşu Rusiya və Gürcüstana da ixracını reallaşdıracaq. Təməli qoyulmuş şüşə tara istehsalı zavodu isə 60-90 milyon şüşə istehsal etmklə daxili təlabata olan 45-50 milyon şüşəni ödəməklə ixrac potensialımızı formalaşdıracaq. Açılışı olmuş vərəq şüşə istehsalı zavodu isə ölkəmizin vərəq şüşə idxalından asılılığını aradan qaldıracaq”.

A.Badamovun sözlərinə görə, ölkəmizdə açılan yeni sənaye sahələri elmin son texnologiyalarına əsaslanır və dünya bazarlarında rəqabətqabiliyyətlidir: “Ona görə də Azərbaycanda istehsal olunan sənaye məhsullarına dünya bazarlarında alıcıların tapılması çətinliyi yaranmır. Digər tərəfdən, idxalın istehsalla əvəz olunması və ixrac potensialımızın artması ölkəmizin xarici valyutadan asılılığını aradan qaldırır. Bu da manatın möhkəmlənməsinə və ölkədə iqtisadi sabitliyin qorunmasına gətirib çıxarır. Gələcəkdə ölkəmizin iqtisadiyyatına xarici investisiyaların yatırılmasının daha da artacağı gözlənilir. Çünki artıq ölkəmizdə münaqişə mövzusu arxada qalıb, xalq-iqtidar birliyi sarsılmazdır”.

Deputat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin təbii resurs potensialı yüksəkdir və ölkəmizin yerləşdiyi coğrafiya istehsal olunan məhsulların xarici bazarlara çatdırılmasını asanlaşdırır: “Manatın məzənnəsi sabitdir, ölkədə biznesə başlanması üçün asan sistem qurulub. Dünya Bankının “Doing Business” jurnalının hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi arasında yer alır. Həm də biznesə başlamağın rahatlığı indikatoru üzrə Azərbaycan dünyada ən qabaqcıl yerlərdədir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, işğaldan azad olunmuş ərazilərdə sənayeləşməyə xidmət edən yeni investisiya layihələrinin həcmi genişlənəcəkdir. Bu da ölkə iqtisadiyyatının daha da güclənməsi və insanların soial rifahının yaxşılaşması deməkdir”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR