Nida Təhlil
İki ölkə arasındakı əməkdaşlıqda yeni üfüqlər açılır - Deputat
Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə işlənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər açır.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat qeyd edib ki, “Kəpəz” yatağı illər əvvəl kəşf edilməsinə baxmayaraq, Xəzər dənizdə sahilyanı ölkələr arasında dənizin dibinin bölünməsi ilə əlaqədar razılıq əldə edilmədiyindən işlənməmiş qalmışdı:
“Amma 12 avqust 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması sahilyanı ölkələrin hövzədən istifadəsindəki ziddiyyətləri aradan qaldırdı. Məhz “Kəpəz” yatağı Azərbaycanla Türkmənistanın dənizdə orta ərazisinə düşdüyündən dövlətlərarası dialoq sayəsində “Dostluq” yatağı adlandırılaraq birgə istifadəsi razılaşdırıldı. Yataq böyük neft-qaz ehtiyatına malikdir”.
Azər Badamov vurğulayıb ki, “Dostluq” yatağının birgə işlənməsi Xəzər dənizində Azərbaycan və Türkmənistan arasında əməkdaşlığa xidmət edən ilk sənəddir:
“Düşünürəm ki, bundan sonra yeni karbohidrogen yataqlarının tədqiqi və işlənməsi ilə əlaqədar ölkələrimizarası əməkdaşlıq davam edəcək. Azərbaycan beynəlxalq tranzit nəqliyyat dəhlizlərinə malikdir. Həm də Xəzər dənizində istehsal olunan karbohidrogen resurslarının Avropaya nəql edilməsi üçün kəmərlər tikilib. Ölkəmizin bu imkanları həm “Dostluq” yatağında, həm də Türkmənistanın Xəzər dənizindəki digər yataqlarında istehsal olunan karbohidrogen resurslarının da Avropaya ixracında rolunu artıracaq”.
Deputat qeyd edib ki, bütün tranzit daşınma imkanları ölkəyə əlavə gəlirlər gətirir. Onun sözlərinə görə, bundan əlavə, Azərbaycan Xəzər dənizinin dərin qatlarında yataqların tədqiqi və istismarı ilə əlaqədar ən müasir texnologiyalara və peşəkar kadr potensialına malikdir:
“Bu da Azərbaycanla Türkmənistan arasında gələcəkdə Xəzərdə əməkdaşlığın genişləndirilməsinə imkanlar yaradır. Düşünürəm ki, “Dostluq” yatağının birgə işlənməsinə dair imzalanmış Anlaşma Memorandumu ölkələrimizarası dostluq və əməkdaşlığı möhkəmləndirəcək, ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına yol açacaq”.
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





