Nida Təhlil
Bu, əsl dostluq memorandumudur – Aqil Abbas
“Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə işlənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını çox yüksək qiymətləndirirəm. Bu yataqlarla bağlı müəyyən mübahisələrin öz həllini tapması çox sevindirici hadisədir. Bu, əsl dostluq memorandumudur”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. O bildirib ki, memorandumun imzalanması iki ölkə arasındakı münasibətlərin daha da yaxşılaşmasına gətirib çıxaracaq: “Eyni zamanda, Türkmənistan qaz ehtiyatlarına görə dünyada dördüncüdür. Dünyadakı təbii qaz ehtiyatlarının 9 faizi onun payına düşür. Bu saziş həm də Türkmənistana böyük xeyir verəcək. Birincisi ona görə ki, türkmən qazı bizim enerji tranzit xətlərimizlə, kəmərlərimizlə Avropaya gedib çıxacaq. TAP və TANAP layihələri ilə daşınacaq. Həm də qaz ixracatının yolu asanlaşacaq. Əvvəllər Rusiya, Ukrayna vasitəsi ilə bu xətt gedirdi. Nəticədə böyük xərc çəkirdilər. İkincisi, Rusiya Türkmənistandan qazın pulunu, daşınma xərcini tələb edirdi”.
Millət vəkili qeyd edib ki, bu memorandumla Türkmənistan üçün Avropaya bir qapı açıldı. Onun sözlərinə görə, eyni zamanda bu saziş mədəni əlaqələrimizin inkişafı baxımından da çox önəmlidir: “Biz eyni xalqıq. Eyni dildə danışırıq. Aşqabadda səfərdə olanda gördüm ki, dilimiz, adətlərimiz o qədər yaxındır, elə bilirsən Azərbaycandasan. Türkmənistanda vaxtilə buradan sürgün olunmuş azərbaycanlılar yaşayır. Bayraməli adlı şəhər var, 20 min əhalisi olar. Hamısı azərbaycanlılardır, içərisində başqa millətin nümayəndələri yoxdur. Vaxtilə buradan gedən adamlardır, oraya köçüblər. Bizim Türkmənistanla geniş mədəni əlaqələrimiz var. Bizim şairlərin əsərləri orada, onların şairlərinin əsərləri isə burada çap olunur. Yazıçılar Birliyi xətti ilə mədəni əlaqələrimiz mövcuddur. Bu saziş həm də iqtisadi əlaqələrimizin inkişafına səbəb olacaq”.
Aqil Abbas onu da əlavə edib ki, iki ölkə arasında tarixi İpək yolu əlaqələri mövcud olub: “Türkmənistan dünyaya ayaq açacaq. Bu mənada 21 yanvarda imzalanan memorandum çox ciddi və sevindirici hadisədir. Dediyim kimi, Türkmənistanın və Azərbaycanın iqtisadi gücünün artması baxımından olduqca önəmlidir. Gələcək inkişafımız baxımından da əlamətdardır”.
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





