Nida Təhlil
Bu qüvvələr İrəvanda qarşıdurma yarada bilər – Qabil Hüseynli
Fevralın 20-dən sonra Ermənistanda faktiki olaraq vətəndaş qarşıdurması yaşanır. Fevralın 25-də prezidentlə baş nazir arasındakı “imza qalmaqalı”ndan sonra proses daha da kəskinləşib.
Ermənistan ordusunda xaotik vəziyyət yaranıb. Polis isə hazırkı baş naziri dəstəkləyir.
Bir çoxları hesab edir ki, əhalidə İkinci Qarabağ müharibəsindən qalan çoxlu sayda silahlar mövcuddur. Doğrudur, xüsusi xidmət orqanları fərarilərin bir çoxundan silahları toplasa da, xeyli hissəsi yenə də əhalidə qalır. Erməni jurnalist Ani Sahakyan isə “Joxovurd”dakı son məqaləsində vətəndaş qarşıdurmasının vətəndaş müharibəsinə keçmə təhlükəsindən bəhs edir.
Bəs bu, baş verəcəkmi?
Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında söyləyib ki, Nikol Paşinyanı milli müstəvidə günahkar çıxara bilməyən “Qarabağ klanı” və Daşnaksütyun partiyasının üzvləri, revanşistlər İrəvanda qan tökmək istəyirlər:
“Üstəlik, məsuliyyəti də Paşinyanın üzərinə yıxmağa çalışırlar. Ermənistanın baş naziri isə bir neçə gün əvvəllə müqayisədə indi daha güclüdür”.
Ekspert qeyd edib ki, martın 1-də keçirilən mitinqdə Nikol Paşinyan müxalifətlə müqayisədə meydanlara 7-8 dəfə daha çox adam çıxara bildi. Bütün bunlar onu göstərir ki, Paşinyan daxildə qüvvələr nisbətini öz xeyrinə dəyişməyi bacarıb. Qabil Hüseynli hesab edir ki, N.Paşinyan proseslərin idarə edilməsini ələ ala bilib.
Politoloqun sözlərinə görə, hazırkı mərhələdə Ermənistanda vətəndaş qarşıdurmasının vətəndaş müharibəsinə çevrilməsini çətin təsəvvür edir:
“Çünki bu xalq başqalarına qarşı münasibətdə amansız olur. Qırıb dağıdırlar, çapıb talayırlar. Amma özlərinə qarşı müəyyən qədər dayanmağı bacarırlar. İrəvanda irimiqyaslı vətəndaş müharibəsini təsəvvür etmirəm. Amma paytaxtda lokal toqquşmaların baş verməsi mümkündür. Bu toqquşmalarda hərbçilər də iştirak edə bilərlər. Eyni zamanda, toqquşmaları xüsusi xidmət orqanlarının əməkdaşlarının da təşkil etməsi mümkündür”.
Qabil Hüseynlinin fikrincə, Nikol Paşinyan Ermənistan xüsusi xidmət orqanlarının rəhbərlərini tez-tez dəyişsə də, bu qurumu tam mənada özünə tabe edə bilməyib:
“Hərbçilər isə tamamilə müxalifətin tərəfinə keçib. Görünən situasiya budur. Hərbçilər deyəndə ordunu nəzərdə tutmuram. Çünki müdafiə naziri hələlik Paşinyana münasibətdə öz loyallığını qoruyub saxlayır. Bununla yanaşı, tərəflər arasındakı qarşıdurmaya daxil olmaq istəmir”.
Qarşıdurmalar vətəndaş müharibəsi ilə nəticələnməsə də, üzümüzə gələn aylarda Ermənistanı və Paşinyan hökumətini daha ciddi sınaqlar gözləyir. Çünki revanşistlər Qarabağ məğlubiyyətinin heyfini, neqativ enerjisini Nikol Paşinyanın üzərinə tökmədən rahatlaşmayacaqlar.
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





