Nida Təhlil
Terror aktları, sui-qəsdlər olmasa, Paşinyan... - Ekspert DETALLARI AÇDI
Ermənistan müxalifəti bu gün saat 12:00-a qədər baş nazir Nikol Paşinyana istefa verməsi ilə bağlı vaxt qoymuşdu. Vazgen Manukyanın rəhbərliyində əl-ələ verən müxalifət müharibəni uduzan Ermənistan liderinin parlamentə gəlməsini və dinc şəkildə istefa ərizəsi yazmasını tələb edirdi. Artıq müxalifətin qoyduğu vaxt bitib.
Bəs Nikol Paşinyan istefa ərizəsi yazaraq hakimiyyətdən gedəcəkmi?
Politoloq Tofiq Abbasov Publika.az-a açıqlamasında söyləyib ki, N.Paşinyan müxalifətin çağırışlarına cavab olaraq istefa verməyəcək. Siyasi şərhçinin sözlərinə görə, hazırda Ermənistandakı siyasi ab-hava “çevir tatı, vur tatı” prinsipinə çevrilib: “İndi müxalifət məhz bu prinsiplə hərəkət edir. Müxalifətin Nikol Paşinyanın imkanlarına qarşı kontur-arqumentləri yoxdur. Müxalifətin Paşinyan hakimiyyətini devirmək üçün imkanları da sıfıra bərabərdir. Ermənistan müxalifəti Nikol Paşinyana 3-4 dəfə istefa verməsi ilə bağlı vaxt qoymuşdu. Amma heç bir şey olmadı, o, getmədi”.

Tofiq Abbasovun fikrincə, Ermənistan müxalifəti faktiki olaraq hədələrdən kənara çıxa bilmir: “Paşinyan öz imkanlarını və vəziyyətini düzgün dəyərləndirərək nəyə arxayın olduğunu bilir. İlk növbədə, baş nazir xalq kütlələrinə arxayındır. Digər tərəfdən, polis strukturlarında da onun nüfuzu öz dayanıqlılığını saxlayır. Ona görə də Paşinyan geri çəkilmək niyyətində deyil. Əksinə, vaxtın getməsi, müxalifət qüvvələrinin çabalaması, ard-arda baş nazirə qarşı hədələr yağdırması, vaxt, limit qoyması onu göstərir ki, hazırda Ermənistan müxalifətinin Nikol Paşinyana qarşı işlək bir modeli yoxdur. Bu səbəbdən də vəziyyətə hakim kəsilə bilmirlər”.
Politoloq hesab edir ki, müxalifətin lideri Vazgen Manukyan dəbdəbəli danışsa da, Nikol Paşinyan üçün keçmiş prezident Robert Koçaryan daha təhlükəlidir: “Paşinyan və onun ətrafı bu təhlükələri düzgün qiymətləndirərək mövqe qarşıdurmalarında praqmatik fəaliyyət göstərirlər. Təhlükələrin hamısını neytrallaşdırırlar. Fikrimcə, terror aktları, sui-qəsdlər olmasa, Nikol Paşinyan hələ bir müddət hakimiyyətdə qalacaq”.
Hazırkı məqamda ordunun çevriliş cəhdi mümkündürmü?
Politoloq Tofiq Abbasovun sözlərinə görə, Ermənistan ordusu hazırda Paşinyana hansısa mənfi təsir göstərəcək addımlar atmaq iqtidarında deyil. Yəni, konkret olaraq ordunun belə bir gücü yoxdur: “Hərəkət sıfırdır. Ordu hakimiyyəti ələ keçirmək istəsəydi, zirək tərpənərək bu işi həll etməli idi. Ordunun hökumətə etirazı da bəsit formadadır. Əgər ordunun çevriliş imkanları var idisə, bir gecənin içərisində bu prosesləri həyata keçirməli idi. Bunu edə bilmədilərsə, deməli, vaxt itirdilər. Vaxt itirilməsi isə qarşı tərəfə öz hazırlığını görmək üçün imkan yaradılması deməkdir. Üstəlik, orduda bir neçə tirəlik hökm sürür, onun ölkədəki imici aşağı səviyyədədir”.
T.Abbasov əlavə edib ki, müxalifətin bundan sonrakı manevrləri də heç bir effekt verməyəcək.
Tural Turan
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)









.jpg)


















.jpg)
.jpg)