Nida Təhlil
ATƏT sədrinin Bakıya gətirdiyi çantada nələr var? – Şərh
ATƏT sədri Ann Linde Bakıdadır. Azərbaycan Prezidenti ilə görüşündə ikitərəfli əlaqələrdən, gələcəkdəki münasibətlərin inkişaf perspektivlərindən, eləcə də Qarabağ məsələsindən, onun hazırkı durumundan danışılıb.
Təbii ki, bu, görüşün ictimaiyyətə açıqlanan qismidir. Bəs Ann Lindenin Bakıya gətirdiyi müzakirə çantasında nə kimi məsələlər var?
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Publika.az-a açıqlamasında söyləyib ki, bu cür səfərlər ATƏT-in təşkilatdaxili ənənəsidir. Politoloqun sözlərinə görə, adıçəkilən təşkilatın sədri hər il dəyişir: “ATƏT-in builki sədri İsveçdir. İsveçin Xarici İşlər naziri də ənənəyə uyğun olaraq Qarabağ münaqişəsinin nizamlanması həvalə olunan bir təşkilatın sədri kimi hər il bölgəyə səfər edir. Amma bu il vəziyyət tam başqadır. Çünki münaqişənin tam həllinə nail olunub. Azərbaycan tərəfi münaqişəni tam həll edib. İndi ATƏT münaqişənin bu mərhələdən sonrakı mümkün rolu barədə müzakirələr aparır”.

T.Zülfüqarov qeyd edib ki, ATƏT, eləcə də Minsk qrupu tərəfindən bundan əvvəl təklif olunan gündəm artıq Azərbaycan üçün maraqlı deyil: “Hər il dekabr ayında ATƏT Xarici İşlər nazirlərinin illik görüşləri baş tutur. Burada müxtəlif məsələlər müzakirə edilir. Dekabr ayında həmin illik görüşdən öncə ATƏT-in Minsk qrupunun nümayəndələri Bakıya gəlmişdi. Həmin görüşdə Azərbaycanın müharibədən sonrakı mövqeyi qarşı tərəfə çatdırıldı. İndi ATƏT-in hazırkı sədri və onun şəxsi nümayəndəsinin - Anjey Kasprşikin missiyası, onun vəzifə, səlahiyyətlərinə aid məsələlər müzakirə olunur. Bununla yanaşı, ATƏT-in gələcəkdə bu məsələdə hansı rolu oynaması da müzakirə mövzusu ola bilər”.
Politoloqun fikrincə, Ermənistanın Azərbaycana qarşı təcavüzünün əsas nəticələri aradan qaldırılıb: “Münaqişə ilə bağlı müəyyən məsələlərin qalıqları qalıb. Azərbaycan isə onu digər müstəvidə - Türkiyə-Rusiya formatında müzakirə etmək niyyətindədir. Yəni, bizim ərazimizdə yaşayan erməni milli azlıqların gələcəkdəki taleyini rəsmi Bakı məhz bu formatda həll etməyi düşünür. ATƏT də burada öz yerini axtarır. Mənim başa düşdüyüm məntiq bundan ibarətdir”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
