Nida Təhlil
Qarabağda yeni müharibə hazırlığı: 7,5 min erməni hərbçisinin təlimə başlamasının ŞOK DETALLARI
Azərbaycan Ordusu dünəndən etibarən 10 min nəfərədək şəxsi heyətin iştirakı ilə əməliyyat-taktiki təlimlərə başlayıb. Budəfəki təlimlərə 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.
Təlimlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir.
Politoloq Tofiq Abbasov Publika.az-a açıqlamasında bildirib ki, hərbi təlimlərin əsas təyinatı anti-terror əməliyyatı kimi müəyyən edilib. Bu da ondan xəbər verir ki, regionumuzda terrorçuluğa meyilli qüvvələr var və onlara xaricdən ünvanlı dəstəklər də gəlir: “Ən azından erməni terrorunun şahidiyik. Görürük ki, erməni terroru özünü əcaib tərzdə ifadə edir. Digər tərəfdən, Ermənistanda fəaliyyət göstərən siyasi qruplar, hərbi dairələr Qarabağ müharibəsini hələ bitmiş hesab etmirlər, reallıqla barışmırlar. Çalışırlar ki, ümumiyyətlə, müharibənin ikinci fazasını meydana gətirsinlər. Təbii, Azərbaycan bütün prosesləri lazımi qaydada həyata keçirir. Ermənistana bildirdik ki, onlar heç vaxt qalib olmayıblar və ola bilməzlər. Çünki Azərbaycanın güclü potensialı və ən əsası, siyasi mədəniyyəti və ədaləti var. Biz heç kimin malına göz dikməmişik. Sadəcə öz ərazilərimizi də heç kimə qurban verən deyilik”.
Politoloq bu gün Ermənistanda başlayacaq hərbi təlimlərin mahiyyətini də açıb: “7,5 min nəfəri güclə toplayıblar ki, təlimlər keçirsinlər. Göstərmək istəyirlər ki, guya gücləri var. Bu isə lazımsız fəaliyyətdir. Çünki onların təlimlərindən nə özləri, nə də başqaları fayda götürə biləcək. Yaxşı olardı ki, bu təlimlərə ayrılmış vəsaiti öz ölkələrinin inkişafı üçün xərcləsinlər. Çünki səfalət, kasıblıq baş alıb gedir və Ermənistan əvvəlki kimi özünü problemli dövlət kimi büruzə verir. Ona görə də insanlar bir qayda olaraq imkan axtarırlar ki, Ermənistanı tərk etsinlər. Yavaş-yavaş da edirlər. Hesab edirəm ki, Ermənistanın ən böyük bəlası onun siyasi elitasının qıt olmasıdır. Əgər onlar reallığa normal baxsalar, görərlər ki, Ermənistan dərin quyuya doğru düşməyə davam edir. Buna görə də bu neqativ prosesin, faciənin qarşısını almağa cəhd göstərməlidirlər. İlk növbədə, özlərini yığışdırmalı, iştahlarını kəsməlidirlər. Bunu etməsələr, sonları çox acı olacaq”.
T.Abbasov qeyd edib ki, Qarabağda yeni hərbi əməliyyatların başlayacağı özlüyündə çox lazımsız və təhlükə törədən ideyadır: “44 günlük müharibə kimin kim olduğunu açıq-aşkar göstərdi. Azərbaycanın üstünlüyü qəti və mütləqdir. Biz bütün göstəricilərdə Ermənistanı yerinə oturtduq və bildirdik ki, Azərbaycanla radikal güc dili ilə danışmaq olmaz. Bütün bunlardan sonra belə Ermənistan nələrsə nümayiş etdirməyə çalışırsa, bıçağın iti tərəfi yenə onları kəsəcək. Onlar Qarabağdakı müharibədən nəticə çıxara bilmirlərsə, bu ondan xəbər verir ki, doğrudan da başıpozuq vəziyyətdədirlər. Hesab edirəm ki, bu proseslərdə Ermənistanın qazanc əldə etmə ehtimalı sıfıra bərabərdir.
Qarabağda yeni müharibə şayiələrinin Azərbaycana heç bir təsiri yoxdur, Ermənistanın daxili auditoriyası üçün nəzərdə tutulmuş gedişlərdir. Görürük ki, tanınmamış separatçı rejimin nazirləri, “rəhbər”i müxtəlif bəyanatlar verir. Bütün bunlar cəfəngiyyatdan ibarətdir. Bu bəyanatların arxasında reallıq dayanmır. Saxta xəbərlərlə manipulyasiya yaratmağa və guya özlərinin gücünün qalxdığına inandırmağa çalışırlar”.
Zümrüd
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Hadisə14:26
Bakıda qazanxanada partlayış: xəsarət alan var
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı
-
Sosial10:30
Yeni qanun: Müəllimləri təhqir edənlər 12 min manata qədər cərimələnəcək