Nida Təhlil
“Human Rights Watch” bizə qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirdi - Cəfəroğlu
“Human Rights Watch” (HRW) təşkilatı hər zaman Azərbaycana qarşı qərəzli çıxışlar edib. 44 günlük Vətən müharibəsi zamanı da onların bizim haqlı mövqeyimizi müdafiə etdiklərini görmədik. İnsan haqlarını zirvəyə qaldıran bir təşkilat olmasına baxmayaraq, “Human Rights Watch” bu dəfə də öz qərəzli mövqeyi ilə tanındı”.
Bu sözləri Publika.az-a “Human Rights Watch” təşkilatının 19 mart 2021-ci il tarixli hesabatında Ermənistan əsirlərinə qarşı pis rəftara dair iddiaları ilə bağlı şərhində hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
N.Cəfəroğlu qeyd edib ki, ermənilər tərəfindən dinc azərbaycanlı əhaliyə qadağan olunmuş kasetli silahlar atılanda da bu təşkilat münasibət bildirməyib: “Uşaqlar, qadınlar, ailələr, dinc sakinlər gecə öldürüldülər. “Human Rights Watch” o zaman niyə onların haqlarını qorumadı, nə üçün səslərini çıxarmadılar? Niyə ermənilərin bu vəhşiliklərindən yazmadılar, Ermənistana sanksiya tətbiq etməyin lazım olduğunu, onların beynəlxalq hüququ pozduğunu bildirmədilər.
Guya biz tərəfdən erməni əsirlərinə qarşı nümayiş etdirilən pis rəftarla bağlı iddilarına gəlincə, biz sülh müqaviləsi bağlanandan sonra tərəfimizdə olan bütün əsirləri qaytarmışıq. Hətta biz ölüləri də indiyədək veririk. Hazırda Azərbaycan tərəfdə olanlar 10 noyabr bəyanatından sonra bölgədə qalan və təxribat törətməyə cəhd edən terrorçu qrupun üzvləridir, onlar təxribatçıdırlar. Onlar müharibə vaxtı əsir götürülməyiblər və terroçu kimi də cəzalarını çəkəcəklər”.
Hüquq müdafiəçisinin sözlərinə görə, bu şəxslərin həbsxanada olduqları müddətdə heç bir hüquqları pozulmayıb və daim nəzarətdədirlər: “Ombudsman aparatı və Beynəlxalq Qırmızı Xaç Komitəsi mütəmadi olaraq onlarla maraqlanır və saxlanma şəraiti ilə tanış olurlar. Buna görə də bu təşkilatın son bəyanatı həmişəki kimi əsassızdır”.
N.Cəfəroğlu bildirib ki, bu hesabatı ilə “Human Rights Watch” bizə qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirdi: “Mən bu təşkilatla çox işləmişəm, o zaman da biz öz sözümü demişik. Amma müharibə zamanı gördüm ki, insan haqları ilə məşğul olan beynəlxalq təşkilatlar bizə qarşı çox pis münsibətdə oldular. Onlar gəlib şəhər və kəndlərimizə baxsınlar, görsünlər, nə gündədir. Ermənilər viran qoyub Qarabağı. “Human Rights Watch” niyə öz dədə-baba yurduna qayıtmaq istəyən Azərbaycan xalqının haqlarını müdafiə etmir, nə üçün Ermənistanın haqsız mövqeyinə münasibət bildirmir? Buna görə də bu təşkilatın hesabatı qərəzlidir və düzgün deyil. İnsan haqlarını müdafiə edən təşkilat sözü dəqiq və yoxlayaraq deməlidir. Gəlib görsünlər, baxsınlar, ondan sonra hesabat hazırlasınlar, kimlərinsə dediklərinə əsasən yazmasınlar”.
Akqabay Mıradov
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO
-
Hadisə5 Oktyabr 23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin25 Oktyabr 21:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
-
Magazin15 Oktyabr 20:36
Aynur Dadaşova tanınmaz halda - FOTO