Nida Təhlil
Bu dəhliz Azərbaycan üçün olduqca önəmlidir - Deputat
"44 günlük zəfər savaşımızdan sonra Azərbaycan Prezidenti İlham Əliyev bir neçə tədbir və görüşlərdə müharibəni doğuran səbəblər, Azərbaycanın haqq işi barəsində çıxışlar edib. Onu şərtləndirən məsələlər haqda fikirlər söyləyib".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkili bildirib ki, biz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə cənab Prezident İlham Əliyevin bir sıra önəmli mesajlar verdiyinin şahidi olduq: "Əvvəla onu qeyd edək ki, 10 noyabr bəyannaməsində ölkə başçısı Naxçıvana açılan dəhlizi Zəngəzur dəhlizi adlandırıb. Bu fikrin səsləndirilməsi əbəs deyil. Bununla Zəngəzurun tarixi Azərbaycan torpaqları olmasına işarə vuruldu. Eyni zamanda, bizim tarixi torpaqlarımız barədə həqiqətlərin dünya ölkələrinin, regionun diqqətinə çatdırılmasıdır".
Deputat qeyd edib ki, bu dəhlizin açılması türk coğrafiyasında yerləşən dövlətlərin birləşməsinə gətirib çıxaracaq: "Bütün türk dövlətləri bu dəhliz vasitəsilə birləşəcək. Hazırda əsas məsələlərdən biri də bu dəhlizin açılması ilə Azərbaycanla Türkiyə arasındakı məsafənin 400 kilometr qısalmasıdır. Zəngəzur dəhlizinin açılması türkdilli olmayan dövlətlərə də dividendlər gətirəcək. Bura İranı, Rusiyanı, hətta Ermənistanı misal göstərmək olar. Yəni bu dəhliz vasitəsilə Ermənistanın özü də qazanc əldə edəcək. Zəngəzur dəhlizinin açılması regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar yaradacaq. Bu kommunikasiya xətti din, dil, kök bağları olan ölkələri bir-birinə qırılmaz tellərlə bağlayacaq. Bu dəhlizin əhəmiyyəti Azərbaycan üçün olduqca önəmlidir. Bu dəhliz təkcə Azərbaycanın yox, Avrasiyanın, uzaq Çinin iqtisadiyyatına müəyyən yeniliklər gətirəcək. Həm mədəni, həm siyasi, həm də iqtisadi baxımdan bütün dövlətlər üçün önəmli kommunikasiya xəttidir".
Tural Turan
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)









.jpg)
















.jpg)
.jpg)

