Nida Təhlil
Onun yenidən həbsə atılması zaman məsələsidir - Şərh
“Robert Koçaryan indi də seçkiqabağı Rusiyaya səfərə gedib. Bu səfər haqqında ilkin versiyalar ondan ibarətdir ki, o, seçkilərdə qalib gəlmək üçün Moskvadan müəyyən dəstək almaq istəyəcək. Onun buna nail olacağı hələlik sual altındadır. Hesab edirəm ki, Koçaryanın yenidən hakimiyyətə qayıtması ehtimalı kifayət qədər aşağıdır”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Millət vəkili söyləyib ki, Nikol Paşinyanın qalib gəlmək şansı kifayət qədər böyükdür:
“Ermənistanda iyun ayının 20-nə növbədənkənar parlament seçkiləri təyin olunub. İlkin rəy sorğularının nəticələrinə görə, hazırkı baş nazir Nikol Paşinyan və onun “Mənim addımım” bloku seçicilərin 32 faizinin rəğbətini qazanmaqdadır. Revanşistlərə və radikallara verilən səslər isə təxminən 6 faizə bərabərdir. İndidən söyləmək olar ki, N.Paşinyanın qalib gəlmək şansı kifayət qədər böyükdür. Amma burada incə bir məqamı da nəzərdən qaçırmaq olmaz. Söhbət nə Paşinyanın, nə də revaşistlərin tərəfdarlarından gedir. Burada söhbət üçüncü qüvvələrdən gedir, o qüvvələr ki, hansısa tərəfə rəğbətini açıq şəkildə ifadə etmir. Yəni bu qüvvələr seçkilərin taleyini həll edə bilər. İndi Nikol Paşinyan da çox ehtiyatlıdır. İyuna qədər onun hərbi-siyasi ritorikasının artacağı istisna deyil. Bu, həmin kəsimə ünvanlanmış bəyanatlar olacaq. Qarşı tərəfi revanşistlər adlandırsalar da, əslində onlar köhnə “Qarabağ klanı”dır. Həmin klanın rəhbəri kimi Robert Koçaryan çıxış edir. O, böyük siyasətə qayıtdığını açıqlayıb”.
Deputatın fikrincə, Nikol Paşinyanı indi hansısa bir siyasətçinin əvəzləməsində heç Moskvanın özü də maraqlı deyil: “Ən azından ona görə ki, məlum 10 noyabr və 11 yanvar bəyanatlarını Ermənistan tərəfdən məhz Nikol Paşinyan imzalayıb. O, bu məsələdə məsul şəxsdir. Bu nöqteyi-nəzərdən Paşinyanın hakimiyyətdə qalması həm Kremlin, həm də Ankaranın maraqlarına xidmət edir. Türkiyə də hadisələrin bu cür inkişafından razıdır. Dövlət Departamenti də Paşinyanın mövqeyini müdafiə etdiyini açıqlayıb. Eyni zamanda, Paşinyanın hakimiyyətdə qalması Azərbaycanın da maraqlarına cavab verir. Yəni Nikol Paşinyan hamıdan gözəl dərk edir ki, əməkdaşlığın alternativi yoxdur”.
Elman Nəsirovun sözlərinə görə, Ermənistan üçün yeganə çıxış yolu əməkdaşlıqdır:
“Ermənistanda hamıdan məlumatlı olan Nikol Paşinyan gözəl dərk edir ki, bu müharibəni aparmaq üçün ölkənin nə ordusu, nə də iqtisadiyyatı var. Üstəlik, 10 mindən çox fərarisi var. Belə olan halda Ermənistan üçün yeganə çıxış yolu olan əməkdaşlığı Azərbaycan tərəfi təqdim edir”.
Millət vəkili hesab edir ki, Robert Koçaryanın hakimiyyət iştahası çox böyükdür: “Koçaryana əhalinin yalnız 6 faizi etimad göstərir. Görünən odur ki, Koçaryanın hakimiyyət iştahası çox böyük olduğuna görə sona qədər mübarizə aparmaq istəyir. “Bəlkə də qaytardılar” sevdası ilə yaşayır. Fikrimcə, hadisələrin təhlili və analizi bu qənaətə gəlməyə imkan verir ki, Koçaryan dövrü artıq çoxdan bitib. O gedib özünün cinayətkar biznesi ilə məşğul olsun. Yəqin ki, gələcəkdə onun Paşinyan tərəfindən yenidən həbsə atılması da zaman məsələsidir”.
Tural Turan
-
ABŞ02:12ABŞ-da qismən şatdaun ləğv edildi
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO










.jpg)












.jpg)

.jpg)











